> <
Rafael Ağayev 14-cü dəfə Avropa çempionatının finalına çıxdı – FOTO | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4228 - dəfə oxunub

Rafael Ağayev 14-cü dəfə Avropa çempionatının finalına çıxdı – FOTO

Spread the love

Azərbaycanın üç karateçisi Xorvatiyanın Poreç şəhərində start götürən Avropa çempionatının finalına yüksəlib.
Monteneqro, Bosniya və Herseqovina, Albaniya və İtaliyadan olan rəqiblərinə qalib gələn P.Abdullayev (-84 kq) finalda Uğur Aktaşla (Türkiyə) qarşılaşacaq.
Finaladək Kipr, Fransa, Avstriya, Danimarkadan olan rəqiblərinə qalib gələn İrina Zaretskayanın (-68 kq) isə həlledici görüşdə rəqibi Vasiliku Pnetsidu (Yunanıstan) olacaq.

Milli komandanın ağır çəkidə idmançısı Asiman Qurbanlı (+84 kq) isə Avropa çempionatının bürünc medalı uğrunda mübarizə aparacaq. O, yarımfinalda serbiyalı Slobodan Biteviçə məğlub olub. Qitə üçüncüsü olmaq üçün Asiman Qurbanlını Herolind Nişevçi (Kosova) ilə görüş gözləyir.

Roman Heydərov (fərdi kata) üç dövrəni uğurla başa vuraraq bürünc medal görüşünə vəsiqə qazanıb. Üçüncü yer uğrunda görüşdə onun rəqibi Avropa çempionu Mattia Buzato (İtaliya) olacaq.

Qadın karateçimiz Fəridə Əliyeva (+68 kq) zədə aldığından çempionata qatılmayıb.

Rafael Ağayev (-75 kq) isə dünən finala vəsiqə qazanıb. Onun 12-ci dəfə qitənin ən güclüsü olmaq imkanı var. Bu onun 14-cü Avropa çempionatının finalı olacaq.

Qeyd edək ki, medallar uğrunda həlledici görüşlər mayın 22-də keçiriləcək.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Fransa Macarıstanla bacarmadı – Fotolar
19/06/2021
Türkiyə millisi ikinci matçda da uduzdu – Fotolar
16/06/2021
Ronaldo “Coca-Cola”ları yığışdırıb “Su için!” dedi – Video
15/06/2021
Niderland Ukraynaya qarşı
13/06/2021
AÇ-2020: Bakıda ilk oyun
12/06/2021
Türkiyə İtaliyaya qarşı – AÇ başlayır
11/06/2021
Güləş federasiyasından biabırçı qərar – FOTOLAR
03/06/2021
UEFA-dan yeni qərar
29/05/2021
Rafael Ağayev 14-cü dəfə Avropa çempionatının finalına çıxdı – FOTO
20/05/2021
“Bu gecə bizim gecəmiz oldu” – “Neftçi”nin prezidenti
19/05/2021
“Beşiktaş” çempion!
16/05/2021
Şəhriyar Aronyanı mat etdi
03/05/2021

23/04/2021
Florentino Peres: “Superliqanı yaratmaqda məqsəd dünya futbolunu xilas etməkdir”
20/04/2021
İran televiziyası qadın hakimə görə Premyer Liqa matçının yayımını 100 dəfədən çox kəsdi
15/04/2021