> <
Rəsmi Kreml “İskəndər” mövzusunda yenə susdu | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4232 - dəfə oxunub

Rəsmi Kreml “İskəndər” mövzusunda yenə susdu

Spread the love

“Kreml hələ də Azərbaycan hərbçilərinin Dağlıq Qarabağda tapdığı “İskəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqları barədə məlumata sahib deyil”.

Kivnews.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “İskəndər”lə bağlı növbəti açıqlamasında bildirib.

“Raketlə bağlı heç nə deyə bilmərəm, məlumatım yoxdur”,- deyə Kreml rəsmisi jurnalistlərin sualına cavabında qeyd edib.

Xatırladaq ki, aprelin 2-də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) Dağlıq Qarabağ ərazisində “İskəndər” raketlərinin qalıqlarının tapıldığını açıqlayıb. Parçaların Şuşa şəhərində 15 mart 2021-ci il tarixində ərazilərin minalardan təmizlənərkən tapıldığı qeyd olunub. Daha sonra KİV-də raketlərin quyruq hissələrini və işarələri olan parçaları göstərən fotolar yayımlanıb.

25 fevralda Rusiya Müdafiə Nazirliyi “İskəndər” OTRK-nın Dağlıq Qarabağdakı hərbi münaqişə zamanı istifadə olunmadığını bildirmişdi. Şöbə nümayəndəsi raketlərin hamısının Ermənistanın hərbi anbarlarında olduğunu qeyd etmişdi.

Dmitri Peskov isə daha öncə verdiyi açıqlamada Kremlin Şuşaya “İskəndər”in atılması xəbərindən məlumatsız olduğunu bildirmişdi.

Bu məqamda qeyd edək ki, bir qrup azərbaycanlı jurnalist Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edərək “İskəndər”lə bağlı faktın tam və hərtərəfli təhqiqatının aparılmasını istəyib.

Qafqazinfo

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Vətən müharibəsində şəhid olan tibb işçiləri – 9 həkim, 7 feldşer, 26 sanitar
17/06/2021
DSX-nin həlak olan hərbçilərinə şəhid statusu veriləcək
17/06/2021
Ərdoğan azərbaycanlı məcburi köçkünlərə çağırış etdi
16/06/2021
“Bütün dünya bilsin ki, Azərbaycanın yanında olacağıq”
16/06/2021
Rəsmi Bakı: “Prezidentlərin Şuşaya səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil”
16/06/2021
Ərdoğan: Qarabağ sahiblərinə qovuşdu və erməni zülmündən, işğalından azad edildi
15/06/2021
Cıdır düzündən möhtəşəm görüntülər – Video
15/06/2021
Prezidentlərin çıxışlarının – Tam mətni + Yenilənib
15/06/2021
Prezidentlər Şuşada musiqili kompozisiya izlədi – Video + Fotolar
15/06/2021
Əliyev və Ərdoğan Şuşada – Video
15/06/2021
İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı – Fotolar
15/06/2021
Ərdoğan Qarabağa yollanır: Cocuq Mərcanlıya səfər, “Şuşa bəyanatı”… – VİDEO
15/06/2021
Ərdoğanla Baydenin görüşü başa çatdı – Yenilənib+Fotolar
14/06/2021
Dörd nəfərin ölümünə səbəb olan Elşad klub prezidenti imiş… – Fotolar
14/06/2021
AVRO-2020: Çexiya Şotlandiyaya qalib gəlir – YENİLƏNİR
14/06/2021