> <
“Rəsmi Bakı 7 bölgənin eyni vaxtda tələb edirdi” – Paşinyan | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4228 - dəfə oxunub

“Rəsmi Bakı 7 bölgənin eyni vaxtda tələb edirdi” – Paşinyan

Spread the love

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirilən parlament iclasında Qarabağda müharibənin qızğın vaxtında, xüsusən Təhlükəsizlik Şurasının 19 oktyabr iclası və Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı gedən müzakirələrin bəzi təfərrüatlarını açıqlayıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, onun sözlərinə görə, artıq oktyabrın ikinci yarısında separatçıların “başçı”sı Arayik Arutyunyan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ilə məsləhətləşmələr aparıb, vəziyyəti təhlil edərək ağır güzəştlər daxil olmaqla kapitulyasiyaya getmək qərarı verib.

Paşinyan qeyd edib ki, həmin görüşdə Ermənistan Prezidenti və Bütün Ermənilərin Katolikosu da iştirak edib.

İclasdan sonra o, Rusiya Prezidentinə zəng edərək, Ermənistanın keçmişdə vasitəçilər tərəfindən dəfələrlə təklif olunan 5+2 formuluna əsasən bölgələrin Azərbaycana qaytarılması şərti ilə sülh istədiyini bildirib.

“Vəziyyəti Rusiya Prezidenti ilə ətraflı müzakirə etdik və tam bir razılaşma əldə etdik. Bilirsiniz ki, azərbaycanlı qaçqınlarla bağlı bir məsələ var idi. Dedim ki, bu məsələ bir növ Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi prosesi ilə əlaqəlidirsə, bu məsələyə dair heç bir etirazımız yoxdur”, – deyə Paşinyan qeyd edib.

Bundan sonra Prezident İlham Əliyevlə telefon danışığı aparan Rusiya Prezidenti Vladimir Putin Bakının Hadrut bölgəsini qaytarmaq tələbini qəti şəkildə rədd etdiyini və eyni zamanda , Şuşa da daxil olmaqla qaçqınların qayıtmasından asılı olmayaraq Qarabağın statusu məsələsinin qaçqınlar məsələsi ilə əlaqələndirilməməsini tələb etdiyini bildirib.

Bundan əlavə, N. Paşinyan bildirib ki, rəsmi Bakı yeddi bölgənin 5 + 2 formulu ilə deyil, hamısının eyni vaxtda geri qaytarılmasını tələb edib. Baş nazir bunun yeni bir detal olduğunu, əvvəllər bu barədə danışmadığını söyləyib. Qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağın statusu məsələsinin gündəliyə salınmasına da qəti şəkildə qarşı çıxıb.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Seçki günü İrəvan küçələrində Koçaryan üçün xoşagəlməz sürpriz – FOTO
20/06/2021
İlham Əliyev İranın yeni prezidentini təbrik etdi
19/06/2021
Şuşada 20 raket, 7 mindən çox patron tapıldı
19/06/2021
66 yaşlı kişi ilə 48 yaşlı qadın aylardır itkin düşüb – Foto
19/06/2021
“Sosial media saxta xəbərləri böyüdür” – Hikmət Hacıyev
18/06/2021
Aslan İsmayılov: “Əbülfəz Elçibəyə Etibar Məmmədov kimilərinin dil uzatması həyasızlıqdır”
18/06/2021
Prezidentlə xanımı Bakıda hotel açılışında – Fotolar + Video
18/06/2021
Nazilə Səfərli polisə çağırıldı
18/06/2021
Paşinyan yenə hiddətləndi – Xalq ondan üz döndərib
18/06/2021
Azərbaycanda Türkiyə hərbi bazası yaradılır? – Lavrovdan reaksiya
18/06/2021
Əhməd Əhmədova hökm oxundu – 11 il cəza
18/06/2021
Van Dammın azərbaycanlı qudası polkovnik imiş
18/06/2021
Emin Əmrullayev tələbələrə veriləcək kreditlərdən DANIŞDI
18/06/2021
Kəlbəcərdə göldə boğulan kapitanın axtarışları davam edir
18/06/2021
Nura Surinin oğlu qəzaya düşdü – Fotolar + Video
18/06/2021