> <
Rəsmi Ankaradan qalmaqallı qərarı ilə bağlı – Açıqlama | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4227 - dəfə oxunub

Rəsmi Ankaradan qalmaqallı qərarı ilə bağlı – Açıqlama

Spread the love

Türkiyənin Avropa Şurasının qadınlara qarşı şiddətin qarşısının alınması və ona qarşı mübarizəyə dair İstanbul Konvensiyasından çıxması ölkədə birmənalı qarşılanmayıb. Belə ki, sosial şəbəkələrdə qadın qətllərinin artdığı bir zamanda hökumətin belə bir qərar verməsi ciddi müzakirələrə yol açıb.
“Anadolu” agentliyi xəbər verir ki, Türkiyə Prezidentinin İctimaiyyətlə Əlaqələr Ofisi məlumat yayaraq sənədin mahiyyəti dəyişdirildiyi üçün hökumətin çıxmağa qərar verdiyini açıqlayıb.

Rəsmi Ankara açıqlamasında qadın hüquqlarının qorunması konvensiyasının ilkin məqsədinin homoseksuallığı normallaşdırmağa çalışan bir qrup şəxs tərəfindən manipulyasiya edildiyinə diqqət çəkib. Qeyd olunub ki, bu, Türkiyənin sosial və ailə dəyərləri ilə uyğun gəlmir.

Razılaşmadan çıxmağın qadın hüquqlarının qorunması sahəsində siyasətə xitam verilməsi demək olmadığı qeyd olunub. Həmçinin, Türkiyənin artan zorakılıq halları ilə mübarizə aparacağı, islahatlara diqqət yetirəcəyi və bu sahədə sıfır tolerantlıq prinsipini rəhbər tutacağı bildirilib.

Türkiyə müvafiq sənəddəki imzasını 20 martda geri çəkib, hökumət isə qadın hüquqları üçün ənənəvi dəyərlərinə uyğun olaraq mübarizə aparacağını bildirib.

Qeyd edək ki, qadına qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Konvensiya 2011-ci ildə qəbul edilib. Sənəd psixoloji, fiziki və cinsi zorakılıq, məcburi abort, evlilik və sterilizasiyanı cinayət məsuliyyəti olaraq təyin edir. Sənəd 47 dövlət tərəfindən imzalanıb, ancaq bunlardan 33-ü tərəfindən təsdiq edilib.
Qafqazinfo

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Ərdoğan azərbaycanlı məcburi köçkünlərə çağırış etdi
16/06/2021
“Bütün dünya bilsin ki, Azərbaycanın yanında olacağıq”
16/06/2021
Rəsmi Bakı: “Prezidentlərin Şuşaya səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil”
16/06/2021
Ərdoğan: Qarabağ sahiblərinə qovuşdu və erməni zülmündən, işğalından azad edildi
15/06/2021
Cıdır düzündən möhtəşəm görüntülər – Video
15/06/2021
Prezidentlərin çıxışlarının – Tam mətni + Yenilənib
15/06/2021
Prezidentlər Şuşada musiqili kompozisiya izlədi – Video + Fotolar
15/06/2021
Əliyev və Ərdoğan Şuşada – Video
15/06/2021
İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı – Fotolar
15/06/2021
Ərdoğan Qarabağa yollanır: Cocuq Mərcanlıya səfər, “Şuşa bəyanatı”… – VİDEO
15/06/2021
Ərdoğanla Baydenin görüşü başa çatdı – Yenilənib+Fotolar
14/06/2021
Dörd nəfərin ölümünə səbəb olan Elşad klub prezidenti imiş… – Fotolar
14/06/2021
AVRO-2020: Çexiya Şotlandiyaya qalib gəlir – YENİLƏNİR
14/06/2021
Prezident Şuşa yolundakı tunelin təməlini qoydu
14/06/2021
Qarabağda döyüşmüş livanlı muzdlu terrorçuya 20 il hökm oxundu
14/06/2021