> <
#Yazı Title | #Site Title
Baş səhifə
Əlaqə
Məzənnə:
4226 - dəfə oxunub

Rəis müavini qardaşları polis şöbəsində döydürüb? – – Rəsmi açıqlama

Spread the love

Cəlilabad rayon sakinləri olan qardaşlar polis şöbəsində rəis müavini Rövşən Quliyev və əməkdaşları tərəfindən döyüldüklərini iddia edirlər.

“Qafqazinfo”ya müraciət edən Rauf Əmənov bildirib ki, iyunun 8-i gecə saat 12 radələrində əməliyyatçı Səbuhi adlı şəxs qardaşları Ramil Əmənov və Toğrul Rizvanlını şöbəyə çağırıblar: “Rəis müavini Rövşən Quliyev otaqda onları nalayiq ifadələrlə söyüb, təhqir edib. Daha sonra onların hər ikisinin qollarını qandallayaraq ayrı-ayrı otaqlarda döyüblər”.

Ramil Əmənov bildirib ki, otaqda Rövşən Quliyevin cəlilabadlıları təhqir etməsinə etiraz edib: “Buna görə rəis müavini Rövşən və əməkdaşları səhərə kimi gəlib-gedib bizi döydülər. Səhər isə polis rəisi dedi ki, sizə qarşı yanlışlıq olub, bu işi barışıqla həll edək. Şöbədən çıxandan sonra polis rəisi Mübariz Quliyev bizim telefonlarımızı qaytarmaq barədə göstəriş versə də, Rövşən Quliyev qaytarmadı”.

Rauf Əmənov da qeyd edib ki, Vəkillər Kollegiyasının üzvü olan digər qardaşı Tural Əmənovla birgə gecə saatlarından səhərə kimi şöbənin önündə gözləsələr də, onları içəri buraxmayıblar: “Səhər saat 10-da vəkil Tural Əmənovu şöbədə rəis Mübariz Quliyev qəbul etdi. Qardaşlarımı 12 saat polis bölməsində saxladıqları zaman onlar təhqir olunub, heç bir məhkəmə qərarı və ya ifadələri alınmadan əlləri qandallanıb, ciddi şəkildə bədən xəsarətləri yetirilib”.

Toğrul Rizvanlı da hadisə ilə bağlı bildirib ki, şöbədə qoluna qandal vuraraq onu döyüblər: “Qulağıma təpik vurdular, başım yerə dəydi”.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinə müraciət etdik. DİN-in Lənkəran regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, həmin şəxslərin iddiaları həqiqəti əks etdirmir: “Bakı şəhər sakini olan bir nəfər şəxs Cəlilabad RPŞ-yə ərizə ilə müraciət edib. O bildirib ki, Cəlilabad rayon sakini olan Toğrul Rizvanlı onun həyat yoldaşına zəng edərək etikadan kənar ifadələr işlədib, bunun səbəbini öyrənmək üçün həmin şəxslə görüşdükdə isə T.Rizvanlı bir neçə tanışı ilə birlikdə onu vuraraq xəsarət yetirib.

Müraciətlə əlaqədar Cəlilabad RPŞ-nin Təhqiqat bölməsində aparılan araşdırma zamanı T.Rizvanlı şöbəyə dəvət olunub. Qardaşı ilə birlikdə Cəlilabad RPŞ-yə gələn həmin şəxs şöbənin inzibati binasına daxil olan kimi uca səslə nalayiq ifadələr işlədib. Bu zaman onu intizama dəvət edən polis əməkdaşlarının üzərinə hücum çəkərək onların ünvanına xoşagəlməz ifadələr işlədib, xidməti otaqlardan birində stolları aşıraraq normal xidməti fəaliyyətin pozulmasına yönəlmiş hərəkətlər edib.

Faktla bağlı Cəlilabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır”.

Qeyd edək ki, Toğrul Rizvanlı Vətən müharibəsi iştirakçısıdır. Leytenant rütbəsində olan T. Rizvanlı “Cəbrayılın azad edilməsinə görə” və “Qubadlının azad edilməsinə görə” medalları ilə təltif edilib.

Murad Əhməd

 

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
10 noyabr bəyanatından imtina etsək… – Marukyan
13/06/2021
İki erməni “yolunu azaraq”, Azərbaycana keçib
13/06/2021
Daha bir məkanda əyləncə təşkil edildi – Qadağa ancaq toylaradı? – VİDEO
13/06/2021
“Minalanmış ərazinin kiçik hissəsinin xəritəsini vermişik” – Paşinyan
13/06/2021
Azərbaycanlı aktyor vəfat etdi
13/06/2021
Ermənistana təhvil verilmiş 15 erməni hərbçinin görüntüləri yayıldı – FOTO
12/06/2021
Abel Məhərrəmovun restoranının administratoru həbs edildi
12/06/2021
Stadiona azarkeşlərin buraxılması şərtləri AÇIQLANDI
12/06/2021
Koronavirusdan sağalan xəstələrdə daha bir qalıcı problem yarana bilər
12/06/2021
Mədəniyyət nazirindən Samir Şərifovun kino sahəsi ilə bağlı iradlarına CAVAB
11/06/2021
Gömrüklə bağlı daha bir qalmaqal: “Məndən əlavə ödəniş tələb olunur”
11/06/2021
Vilayət Eyvazov məzunların buraxılışında iştirak edib – Video
11/06/2021
Deputatdan TƏLƏB: “Azərbaycanda pensiya yaşı azaldılmalıdır”
11/06/2021
Rəis müavini qardaşları polis şöbəsində döydürüb? – – Rəsmi açıqlama
11/06/2021
Din xadiminin bir xalqa qarşı düşmənçiliyi təbliğ etməsi yolverilməzdir – Deputat
11/06/2021