> <
Rəfael Cəbrayılovun işi məhkəməyə göndərildi | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4233 - dəfə oxunub

Rəfael Cəbrayılovun işi məhkəməyə göndərildi

Spread the love

Milli Məclisin sabiq deputatı barəsində cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluqdan verilən məlumata görə, 2005-2019-cu illərdə Milli Məclisin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rəfael Kamil oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

Belə ki, istintaqla Rəfael Cəbrayılovun Milli Məclisin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə, həmin hərəkətləri ilə də deputatının işgüzar nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Rəfael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Prezidentdən Qurtuluş Günü ilə bağlı paylaşım – Foto
15/06/2021
Azərbaycanda Milli Qurtuluş Günüdür
15/06/2021
Ərdoğan Baydenlə görüşü dəyərləndirdi
14/06/2021
Əhməd İsmayılov “Media haqqında” qanunun əsas məqsədini açıqladı
14/06/2021
Şərhi ilə gündəm olan İlqar Mikayıloğludan AÇIQLAMA
14/06/2021
Prezident Füzuli aeroportunda – Fotolar
14/06/2021
Cəbrayıl şəhidi Ziyadxan Əliyevin bulağının açılışı oldu-FOTO
14/06/2021
“Ermənistan Azərbaycana saxta mina xəritəsi versə…“ – Polkovnikdən açıqlama
14/06/2021
Prezidentlə xanımı Füzulidə – Yenilənib
14/06/2021
Polad Həşimovun qızı da məzun oldu
14/06/2021
İlham Əliyevdən şəhid jurnalistlərlə bağlı SƏRƏNCAM
14/06/2021
Sahil Babayev deputatların tələbi ilə parlamentə gələcək – Vaxt açıqlandı
14/06/2021
Hadrutu alacam, Şuşanı isə…” – Köçəryanın sayıqlaması
14/06/2021
Bu gün “Son zəng”dir
14/06/2021
10 noyabr bəyanatından imtina etsək… – Marukyan
13/06/2021