> <
“Qırılan qolumu götürüb özümü hospitala çatdırdım” – Vətən müharibəsinin qəhrəmanı | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4231 - dəfə oxunub

“Qırılan qolumu götürüb özümü hospitala çatdırdım” – Vətən müharibəsinin qəhrəmanı

Spread the love

İkinci Qarabağ müharibəsi bizə igidlərimizi, qəhrəmanlarımızı tanıtdı. Onlar arasında əslən Zəngilandan olan, 1978-ci il təvəllüdlü Elşən Mustafayev də var.

Sputnik Azərbaycan-ın məlumatına görə, o, müharibənin başlamasından iki gün sonra qismən səfərbərlik elan olunanda xidmətə çağırılıb, Cəbrayıl və Füzuli rayonlarının azad olunmasında yaxından iştirak edib.

"Atam və öz ailəm döyüşlərdə olmağımdan xəbərdar idilər. Lakin anamdan bunu gizlətmişdim. Yaralananda bir müddət ailəm məndən xəbərsiz qaldı, narahat oldular. Onlarla yalnız bir neçə gündən sonra əlaqə saxlaya bildim", – deyə Elşən Mustafayev bildirib.

Minaatan çox yaxınlığına düşdüyündən döyüş yoldaşları öncə onun şəhid olduğunu zənn ediblər:

"Oktyabrın 24-də Füzuli rayonunun Qarğabazar kəndində gedən döyüşlərdə ağır yaralanmışam. Düşmənin açdığı minaatan atəşi nəticəsində mərmi çox yaxın məsafəyə düşüb və qəlpə qolumu qırıb. Qolumu götürüb əsgərlərimin köməyi ilə özümü Cəbrayıl rayonunun Daşkəsən kəndindəki səhra hospitalına çatdıra bildim".
Lakin çoxlu qan itirdiyi üçün o, huşunu itirib: "Ayılanda isə artıq Bakıda, Müdafiə Nazirliyinin Baş Hərbi Hospitalında idim. Əməliyyat olundum və qolum əməliyyatla yerinə bərpa edildi.

Bu qısa müddətdə yeddi dəfə əməliyyat olunmuşam. Qolumun əzələ sistemi bel nahiyəmdən, sümüyü çanaq sümüyündən, damarları ayağımdan götürülərək qolumun bərpasında istifadə edilib. Lakin qolum hazırda işləmir. Deyilənə görə, uzun müddətlik reabilitasiyadan sonra az da olsa qolum işləyəcək".
Yaralı əsgərimizlə bir qədər çətin döyüşlər haqda da danışdıq. Çox təvazökardır. Detallara varmır: "Ən çətin döyüşlərimdən biri Füzuli rayonunun Kürdlər, Qarğabazarı kəndlərində olub. Həmin kəndlərin relyefinə, ərazinin düzənlik olmasına görə çox çətinliklərimiz olub. Döyüşlərdə şəhidimiz və yaralananlarımız da olub. Həmin kəndlər düşməndən azad olunduğu bir vaxtda isə mən yaralandım və hospitala yerləşdirildim".

"Ağır günlərimizin hamısı yaddaqalan idi. Döyüşlər ağır keçsə də, döyüş ruhumuz yüksək olub. Ancaq qabağa atılaraq irəli getməyi düşünürdük, içimizdə nə bir qorxu, nə də ruh düşkünlüyü var idi", – deyə həmsöhbətimiz əlavə edib.

Qeyd edək ki, Elşən Mustafayev ailəlidir, 3 övladı var.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
İlham Əliyev İranın yeni prezidentini təbrik etdi
19/06/2021
Şuşada 20 raket, 7 mindən çox patron tapıldı
19/06/2021
66 yaşlı kişi ilə 48 yaşlı qadın aylardır itkin düşüb – Foto
19/06/2021
“Sosial media saxta xəbərləri böyüdür” – Hikmət Hacıyev
18/06/2021
Aslan İsmayılov: “Əbülfəz Elçibəyə Etibar Məmmədov kimilərinin dil uzatması həyasızlıqdır”
18/06/2021
Prezidentlə xanımı Bakıda hotel açılışında – Fotolar + Video
18/06/2021
Nazilə Səfərli polisə çağırıldı
18/06/2021
Paşinyan yenə hiddətləndi – Xalq ondan üz döndərib
18/06/2021
Azərbaycanda Türkiyə hərbi bazası yaradılır? – Lavrovdan reaksiya
18/06/2021
Əhməd Əhmədova hökm oxundu – 11 il cəza
18/06/2021
Van Dammın azərbaycanlı qudası polkovnik imiş
18/06/2021
Emin Əmrullayev tələbələrə veriləcək kreditlərdən DANIŞDI
18/06/2021
Kəlbəcərdə göldə boğulan kapitanın axtarışları davam edir
18/06/2021
Nura Surinin oğlu qəzaya düşdü – Fotolar + Video
18/06/2021
İlham Əliyevdən hərbi çağırışla bağlı SƏRƏNCAM
17/06/2021