> <
“Qibləni tanımayan məni “Allahsızlıq”da günahlandırır” | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4237 - dəfə oxunub

“Qibləni tanımayan məni “Allahsızlıq”da günahlandırır”

Spread the love

““Kütlə”, o qədər cahilsiniz ki, dilimizi rəzilliyə apardığınız kimi, mənasını da başa düşməkdə çətinlik çəkirsiniz. Birinci, onuncu, heç yüzüncü də deyil ki, bu kimi çirkab kampaniyalardan alnım açıq çıxmışam. Bir şey tapmadız yazmağa? İndi də Allahın qibləsini tanımayan məni 80 yaşımda “Allahsızlıq”da günahlandırır. Yaradanlarla Allahlar (Şiva, Zevs, Ra, Məzda …) arasındakı fərqi görmürsünüzsə, bu, sizin savadsızlığınızdır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova instaqram hesabında yazıb.
Məşhur müğənni kulis.az-a verdiyi müsahibəsində “Allahın məni cəzalandırmağa ixtiyarı yoxdur” fikrini tənqid edənlərə cavab verib.

F. Kərimova sözügedən şəxsləri savadsız və cahil adlandırıb:

“Bir tikə çörək üçün kişiliyinizi, ləyaqətinizi, qeyrətinizi, vicdanınızı tapdalamaq yarışına girmisiniz. Sözümü dəyişib məni savadsız kütlənin qarğışına, söyüşünə tuş etdiniz. Sonra bundan pul qazanaraq aparıb evdəki övladlarınıza yedirdiniz. Bəs, sonra? Nuş oldu? Bəs, sən Allah dediyin varlıqdan qorxmadın? Məni başa düşmək üçün sizin nə yaşınız, nə dünyagörüşünüz, nə intellektiniz, nə də savadınız çatdı. Heç olmasa Flora deyəni elə təhrif edərdiniz ki, min nəfər inansın.

Dünən biri ölür,bu gün tanımadan, bilmədən nələr yazırsız şərhlərə… Artıq o həddə çatmısınız ki, Allahın qədərinə, yazdığı taleyə, ölümə lağlağı edirsiniz, şərh yarışına çıxırsınız. Görək, kim daha yaxşı şərh yazacaq.

Sizin nədən sığortanız var axı bu həyatda? Özündən əminsən, bəs övladlarındandamı qorxmadın ki, bu qınağa görə Allah başına daş salar?

Virtual qeybətin aludəçiləri, rəzalət içindəsiniz. Yaradan bağışlayacaq sizi?

Bəli, demişəm, yaradan hər kəsi bağışlasaydı, cəhənnəm olmazdı. Yaradan mənə haqq veribsə, haqqımı çeynəyənlərə halal etmirəm. Təəssüf ki, bu günahlarınızı başa düşəcək biçimdə yaradılmadız. İndi gedin bu müqəddəs ayda ha tövbə edin, ha namaz qılın”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
İlham Əliyev İranın yeni prezidentini təbrik etdi
19/06/2021
Şuşada 20 raket, 7 mindən çox patron tapıldı
19/06/2021
66 yaşlı kişi ilə 48 yaşlı qadın aylardır itkin düşüb – Foto
19/06/2021
“Sosial media saxta xəbərləri böyüdür” – Hikmət Hacıyev
18/06/2021
Aslan İsmayılov: “Əbülfəz Elçibəyə Etibar Məmmədov kimilərinin dil uzatması həyasızlıqdır”
18/06/2021
Prezidentlə xanımı Bakıda hotel açılışında – Fotolar + Video
18/06/2021
Nazilə Səfərli polisə çağırıldı
18/06/2021
Paşinyan yenə hiddətləndi – Xalq ondan üz döndərib
18/06/2021
Azərbaycanda Türkiyə hərbi bazası yaradılır? – Lavrovdan reaksiya
18/06/2021
Əhməd Əhmədova hökm oxundu – 11 il cəza
18/06/2021
Van Dammın azərbaycanlı qudası polkovnik imiş
18/06/2021
Emin Əmrullayev tələbələrə veriləcək kreditlərdən DANIŞDI
18/06/2021
Kəlbəcərdə göldə boğulan kapitanın axtarışları davam edir
18/06/2021
Nura Surinin oğlu qəzaya düşdü – Fotolar + Video
18/06/2021
İlham Əliyevdən hərbi çağırışla bağlı SƏRƏNCAM
17/06/2021