> <
“Qarabağ”ın prezidenti “Ferenstvaroş”la oyundan danışdı | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
42136 - dəfə oxunub

“Qarabağ”ın prezidenti “Ferenstvaroş”la oyundan danışdı

Spread the love

“Qarabağ”a və Azərbaycana yaraşan futbol oynadıq. Biz səfərdən möhtəşəm qələbə ilə qayıtdıq. Fəxr edirik və çox sevinirik.
KivNews.com Report-a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanda “Ferenstvaroş”u 3:1 hesabı ilə məğlub etdikləri cavab oyunundan sonra Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

Funksioner artıq pley-off mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə görüşlərə köklənəcəklərini bildirib:

“Bir həftə sonra rəqib Bakıya gələcək. Avqustun 23-də cavab qarşılaşması gerçəkləşəcək. Bu, mənim doğum günümə təsadüf edir. Mən də həmin vaxt səfərdə olacağam. Məncə, bu, tarixin ən güclü “Qarabağ”ıdır. Kadi Borges və Riçard Almeydanın cavab görüşündə iştirak etməsi bizə çox köməklik etdi. İnanıram ki, “Qarabağ” qarşıdakı oyunlarda da bizi sevindirəcək”.

Klub rəhbəri rəqibin prezidenti Qabor Kubatovun matçdan sonrakı fikirlərinə də toxunub:

“O söylədi ki, bizdən daha güclü olan komandaya uduzduq. Onu çox təqdir etdim”.

Tahir Gözəl “Qarabağ”ın adının Avropada və dünyada tanındığını söyləyib: “Səfərə çıxanda və “Qarabağ”ın prezidentiyəm deyəndə bizi tanıyırlar. İtaliyada restoranda dedilər ki, “Roma” ilə görüşümüzü xatırlayırlar. Artıq “Qarabağ” tanınan brenddir. Bunun üçün fəxr edirəm. Daim diqqət mərkəzindəyik və oyunçularımıza da tələbat var”.

O, hədəflərinin növbəti dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış etmək olduğunu diqqətə çatdırıb: “Bizim məqsədimiz “Qarabağ”ın adını, ölkəmizi böyük şərəflə dünyada tanıtmaqdır. Çempionlar Liqasındakı oyunlar maddi cəhətdən də “Qarabağ”a çox köməklik edir. Bildiyiniz kimi, klubun öz gəliri yoxdur. Ən böyük sponsoru “Azersun Holdinq”in sayəsində buralara gəlib. Avrokuboklar “Qarabağ”ın gələcəyi üçün çox önəmlidir. Hər şey göstərir ki, biz doğru yoldayıq”.

T.Gözəl bəzi xarici klubların onlardan stabilliyin sirlərini soruşduğunu deyib: “14 il eyni baş məşqçi ilə yola davam etmək rekorddur. Mənim onlara cavabım odur ki, “Qarabağ”ın özünəməxsus hekayəsi var. Bu klub özünü göstərmək istəyən, pul qazanmaq haqqında fikirləşən prezidentdən və futbolçulardan ibarət deyil. “Qarabağ”ın hekayəsi hamımıza ilham verir. “Qarabağ” adı bizə böyük məsuliyyət verir. “Ferenstvaroş”un azarkeşi oyundan sonra mənə dedi ki, “Qarabağ”da güc var idi. Siz həmin işıq və motivasiya hesabına qalib gəldiniz”.

“Köhlən atlar”ın rəhbəri pley-offdakı rəqiblərinin də güclü olduğunu söyləyib: “Qarabağ” çox cəsarətli oyun sərgiləyir. Hesab edirəm ki, pley-offda da öz bacarığımızı göstərəcəyik. Klubumuza inanıram”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Dünya çempionatını Azərbaycanda bu kanal yayımlayacaq
28/09/2022
“Qarabağ”dan tarixi qələbə
15/09/2022
“Qarabağ”ın oyununda şəhidlərimiz üçün sükut… – Video
15/09/2022
Azərbaycan cüdoçuları İtaliyada altı medal QAZANDI
12/09/2022
Alim Nəbiyevdən nokautla qələbə
11/09/2022
Günay Məmmədzadə: “Erməni şahmatçı üzərində qələbəm medal qazanmağımda rol oynadı”
02/09/2022
Azərbaycan Premyer Liqasında II tur başlayır – Cədvəl
12/08/2022
“Qarabağ”ın prezidenti “Ferenstvaroş”la oyundan danışdı
10/08/2022
Ramin Musayev PFL-dən istefa verdi
29/07/2022
“Qarabağ”ın potensial rəqibləri üz-üzə – AFİŞA
20/07/2022
Çempionlar Liqası: “Qarabağ” “Lex”i darmadağın edərək mərhələ adlayıb
12/07/2022
“Qızıl medal qazanacağıma əmin idim” – Hidayət Heydərov
11/07/2022
Zabit Səmədovun Bakıdakı vida döyüşündəki rəqibi “Yekəayaq” olacaq – FOTO
24/06/2022
Azər Əliyevə federasiyada vəzifə verildi
14/06/2022
“Qarabağ” dünya reytinqində 10 pillə irəlilədi
11/06/2022