> <
“Qarabağ”ın baş məşqçisi ilə hakimlər arasında mübahisə yaranıb | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4259 - dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi ilə hakimlər arasında mübahisə yaranıb

Spread the love

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turunda səfərdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmada hakimlərə kəskin etiraz edib.

"Report"un məlumatına görə, epizodların birində 49 yaşlı mütəxəssislə 4-cü referi Səbuhi Bayramovun arasında mübahisə yaşanıb.

Baş məşqçi rəqib oyunçu Nicat Qurbanovun Elvin Cəfərquliyevin formasından tutub çəkdiyini söyləyib.

Qurbanov əsəbiləşərək "Korsunuz, siz" deyib". O, Bayramovla söhbət etdikdən sonra, baş hakim Rəvan Həmzəzadəyə "Çox sağ ol, Rəvan. Çox sağ ol", – deyə səslənib.

Baş məşqçi oyundan sonra mətbuat konfransında həmin anı xatırlayıb: "Rəvan yox, Səbuhiyə yaxınlaşdım. Çünki rəqib Elvini iki əli ilə tutub saxladı. Həmin epizodun sonunda "Keşlə" küncdən zərbə qazandı, az qaldı ikinci qolu buraxaq. Səbuhi deyir ki, mən bildirdim, amma baş hakim eşitmədi. Bəzən belə şeylər nəticəyə təsir edir. Nəyisə görməmək və səhv etmək olar. Amma bu gözünün qabağında idi və xəbərdarlıq etməliydi. Sonacan sözün üstündə durmaq lazım idi ki, mütləq cərimə zərbəsi vardı".

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Fransa Macarıstanla bacarmadı – Fotolar
19/06/2021
Türkiyə millisi ikinci matçda da uduzdu – Fotolar
16/06/2021
Ronaldo “Coca-Cola”ları yığışdırıb “Su için!” dedi – Video
15/06/2021
Niderland Ukraynaya qarşı
13/06/2021
AÇ-2020: Bakıda ilk oyun
12/06/2021
Türkiyə İtaliyaya qarşı – AÇ başlayır
11/06/2021
Güləş federasiyasından biabırçı qərar – FOTOLAR
03/06/2021
UEFA-dan yeni qərar
29/05/2021
Rafael Ağayev 14-cü dəfə Avropa çempionatının finalına çıxdı – FOTO
20/05/2021
“Bu gecə bizim gecəmiz oldu” – “Neftçi”nin prezidenti
19/05/2021
“Beşiktaş” çempion!
16/05/2021
Şəhriyar Aronyanı mat etdi
03/05/2021

23/04/2021
Florentino Peres: “Superliqanı yaratmaqda məqsəd dünya futbolunu xilas etməkdir”
20/04/2021
İran televiziyası qadın hakimə görə Premyer Liqa matçının yayımını 100 dəfədən çox kəsdi
15/04/2021