> <
“Qapanma qərarı yoluxma dinamikasından asılı olacaq” | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4225 - dəfə oxunub

“Qapanma qərarı yoluxma dinamikasından asılı olacaq”

Spread the love

“Son günlər dünyada və eləcə də ölkəmizdə COVID-19-a yoluxma hallarının artmasının “üçüncü dalğa” adlandırılmasını doğru hesab etmirəm. Çünki ilk dalğa, var olan infeksiya bütün dünyada davam edir. Virusa yoluxma tamamilə sıfırlanmır və yenisi yaranmırsa, bu elə birinci dalğanın davamıdır. Sadəcə,  prosesə insan faktoru təsir göstərir”.

“Qafqazinfo” xəbər verir ki, bunu dünyada COVİD-19-a yoluxmada “üçüncü dalğa” və Azərbaycandakı vəziyyətlə bağlı Modern.az-a danışan İşçi qrupunun rəhbəri, həkim- infeksionist Vasif Əliyev bildirib.

V.Əliyev bunun səbəbini qapanmalara gedildikdən sonra yoluxma sayının tamamilə yox olmaması ilə izah edib:

“Qapanmalara gedildikcə yoluxma sayı azalır, amma tamamilə yox olmur, infeksiyanın yayılması az da olsa davam edir. Təbii olaraq, yumşaldılmalara gedildikcə, insanlar arasında təmaslar artdıqca, yoluxma sayı da artır. Bu da normaldır, üçüncü dalğa deyil. Var olan baryerin götürülməsilə infeksiyanın artmasıdır.

Avropa ölkələrində yoluxma sayı artmaqdadır, buna həmin yerlərdə qeydə alınmış mutasiyalar da təsir edir. Eyni zamanda, qapanma sonrası yoluxma sayındakı azalma ilə yumşaldılmalara gedilməsi daha sonra xəstə sayının artımına səbəb olur. Məhdudiyyətlərin aradan qaldırılması insanlarda arxayınlığa, tələb olunan qaydalara əməl etməmələrinə gətirib çıxarır. Nəticədə virus da artmağa başlayır. Proses Azərbaycanda da belədir, bu, üçüncü dalğa yox, var olan infeksiyanın mərhələli gedişatıdır.

Əvvəlki təcrübələrdən də məlum olduğu kimi yumşaldılmalara gedildikcə, xəstəliyin artacağı gözlənilən idi. Bunu daha əvvəl də yaşamışıq, ona görə say artımı sürpriz olmadı. Məsələ burasındadır ki, qapanmaların uzunmüddətli tətbiqi bütün sahələrə mənfi təsir edir. Amma insan sağlamlığı əsas götürüldükdə qapanmalar qaçılmaz olur”.
 
İnfeksionistin sözlərinə görə, xəstəxanalarda COVID-19 xəstələrinin müalicəsilə bağlı müəyyən təcrübə formalaşıb:

“Bir ildən artıqdır ki, xəstəxanalar COVID-19 xəstələrinin qəbulu, müalicəsiylə məşğuldurlar. Bununla bağlı bəlli təcrübələr toplanıb, sistem formalaşıb, həkimlərin bu sahədə məlumatları artıb. Bu baxımdan hazırda xəstəxanlarda çarpayı sayı, həkim çatışmazlığı kimi hansısa problem yoxdur”.

V.Əliyev qarşıdan gələn bayram günlərində vətəndaşları daha məsuliyyətli olmağa çağırıb:

“Bir həkim kimi tövsiyəm odur ki, daha əvvəl yaşadığımız qapanmaları yaşamamaq üçün mütləq şəkildə yaxın təmasdan uzaq olmalıyıq. Yaxşı olar ki, insanlarımız bayramı öz evlərində qeyd etsin, bir-birinin evinə qonaq getməsin, kütləvi toplaşma olmasın. Qapanmaların olub-olmayacağı yoluxmanın dinamikasından və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olacaq. Biz TƏBİB olaraq qapanma və açılmalarla bağlı qərar vermirik. Qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargahda təmsil olunan qurumların birgə təkliflərinə əsasən verilir. Verilən qərarlar isə ümumi vəziyyət qiymətləndirilərək və insanların sağlamlığı əsas götürülərək qəbul edilir”. 

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Yeni təyin olunan nazir müavini kimdir? – DOSYE
15/06/2021
Mehriban Əliyevadan bayram təbriki – FOTO
15/06/2021
Ərdoğanın Şuşa səfərinin proqramı AÇIQLANDI
15/06/2021
Elmir Vəlizadə vəzifəsindən azad edildi
15/06/2021
Prezidentdən Qurtuluş Günü ilə bağlı paylaşım – Foto
15/06/2021
Azərbaycanda Milli Qurtuluş Günüdür
15/06/2021
Ərdoğan Baydenlə görüşü dəyərləndirdi
14/06/2021
Əhməd İsmayılov “Media haqqında” qanunun əsas məqsədini açıqladı
14/06/2021
Şərhi ilə gündəm olan İlqar Mikayıloğludan AÇIQLAMA
14/06/2021
Prezident Füzuli aeroportunda – Fotolar
14/06/2021
Cəbrayıl şəhidi Ziyadxan Əliyevin bulağının açılışı oldu-FOTO
14/06/2021
“Ermənistan Azərbaycana saxta mina xəritəsi versə…“ – Polkovnikdən açıqlama
14/06/2021
Prezidentlə xanımı Füzulidə – Yenilənib
14/06/2021
Polad Həşimovun qızı da məzun oldu
14/06/2021
İlham Əliyevdən şəhid jurnalistlərlə bağlı SƏRƏNCAM
14/06/2021