> <
Qaçaqmalçılar Azərbaycan sərhədçilərinə atəş açdı: YARALANAN VAR – FOTO | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4262 - dəfə oxunub

Qaçaqmalçılar Azərbaycan sərhədçilərinə atəş açdı: YARALANAN VAR – FOTO

Spread the love

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin D(SX) əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından (İİR) Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə KivNews.com-a DSX Mətbuat Mərkəzindən məlumat verilib.

Bildiirlib ki, avqustun 12-i saat 01:55-də Yardımlı rayonunun Deman kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İİR-dan Azərbaycan istiqamətində hərəkət edən 2 nəfər naməlum şəxs müşahidə olunub və sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılıb.

Sərhəd pozucularına sərhəd naryadı tərəfindən “Dayan” komandası verilib, havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları odlu silahdan atəş açaraq sərhədçilərin həyatına təhlükə yaradıb və təqibdən yayınmağa cəhd ediblər. “Dövlət sərhədi haqqında” Azərbaycan qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunub. Nəticədə 1 nəfər sərhəd pozucusu yaralanaraq saxlanılıb, digəri isə havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək İran ərazisinə qaçmağa müvəffəq olmuşdur. Yaralanmış sərhəd pozucusuna dərhal tibbi yardım göstərilmiş və xəstəxanaya təxliyə edilmişdir. İlkin araşdırma zamanı saxlanılmış şəxsin 1972-cı il təvəllüdlü İran İslam Respublikası vətəndaşı Nadirzadə Ağacan Nasir oğlu olması müəyyən edilmişdir.

Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 1 ədəd bağlamanın içərisində ümumi çəkisi 7 kq 935 qram narkotik vasitəyə bənzər maddə (“marixuana”), bir ədəd tapança və ona məxsus patronlar aşkar olunaraq götürülmüşdür.

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Azərbaycan daha 17 erməni hərbçini təhvil verdi – Siyahı+Yenilənib
04/10/2022
ABŞ mətbuatı Azərbaycan Prezidentinin Laçın şəhərinə səfərindən yazıb
04/10/2022
Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməli qoyuldu
04/10/2022
Türkiyə-Azərbaycan xüsusi təyinatlılarının birgə təlimi başladı – FOTO
04/10/2022
Xıdırlı kəndinin təməli qoyuldu
04/10/2022
Bakıda şagirdin bullinqə məruz qaldığı məktəbə valideynlər axın etdilər – YENİLƏNİB + VİDEO
04/10/2022
Putinin qatarı yola düşdü: İçindəkilələrlə bağlı iddia avropanı təşvişə saldı
04/10/2022
AMEA-da kütləvi İXTİSAR: İşçilərin böyük hissəsi işdən çıxarıldı
04/10/2022
Məşhur general vəzifəsindən azad edildi – Yeni Təyinatlar
04/10/2022
Ərdoğan Paşinyanla bu məsələləri müzakirə edəcək
04/10/2022
Rəsmi Bakıdan Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına SƏRT REAKSİYA
04/10/2022
“Respublikanski”də ana və yeni doğulmuş körpəsi öldü
04/10/2022
Azərbaycan Fransa hökumətindən təzminat tələb edir
03/10/2022
Azərbaycanlı deputatın oğlu Türkiyədə oğurlandı – Yenilənib
03/10/2022
Səfir: “İki həftə ərzində Ərdoğanın Azərbaycana səfəri gözlənilir”
03/10/2022