> <
Qəbul imtahanlarında 500-dən yuxarı bal toplayanlar neçə faiz təşkil edir? | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4281 - dəfə oxunub

Qəbul imtahanlarında 500-dən yuxarı bal toplayanlar neçə faiz təşkil edir?

Spread the love

Qəbul imtahanlarında 500-dən yuxarı bal toplayanlar imtahan verənlərin 10 faizini təşkil edib.
Bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent 12” jurnalında qeyd olunub.
Yüksək ballılar arasında respublikanın əksər bölgələrinin təmsilçiləri var. Ötən il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 6 774 abituriyent 500-dən, o cümlədən 1 861 abituriyent 600-dən yuxarı bal toplayıb.

Bildirilib ki, 600 və ondan yuxarı bal toplayanların ixtisas qrupları üzrə paylanmasına gəlincə, onların 34,39%-i (640 nəfəri) I qrupun, 10,53%-i (196 nəfəri) II qrupun, 33,15%-i (617 nəfəri) III qrupun, 21,92%-i (408 nəfəri) IV qrupun abituriyentləridir.

Yüksək ballılar respublikanın 73 bölgəsini təmsil edir. Onların nisbi sayına görə Sumqayıt və Bakı şəhərləri, Qubadlı, İsmayıllı və Şahbuz rayonlarının göstəriciləri daha yüksək olub. Bu bölgələrdən ali təhsil müəssisələrinə sənəd verən hər 100 nəfər gəncin 12-16-sı imtahanlarda 500-dən yuxarı bal toplayıb. 500-700 arasında bal toplayan abituriyentlərin əksəriyyəti ən nüfuzlu ixtisaslara qəbul olub. Onlardan ən yüksək nəticə göstərən 102 nəfər Prezident təqaüdünə layiq görülüb.

Ölkənin 3 234 məktəbinin məzunları I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edib.

600 bal toplayan məzunlar bu məktəblərin yalnız 24,59%-nin təmsilçiləridir. Sayı 822 olan bu məktəblərin 81-i (9,85%-i) liseylər və gimnaziyalardır ki, 600 ballıların da 26,28%-i onların məzunlarıdır. Kənd rayonlarının məktəbləri arasında fərqlənən məktəblər kimi bu il Qəbələ rayonu Soltan Nuxa kənd tam orta məktəbi, Qubadlı rayonu Hal kənd, Masallı rayonu Sığıncaq kənd, Qubadlı rayonu Çaytumas kənd və Xızı rayonu 1saylı tam orta məktəblərini göstərmək olar.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Xocavənddə daha bir kütləvi məzarlıq aşkarlandı – Fotolar
04/10/2022
Mingəçevirdə narkotik əməliyyatı: 11 nəfər SAXLANILDI (FOTOLAR)
04/10/2022
Erməni diversantların Daşkəsənə basdırdığı minalar aşkar edildi – Foto
04/10/2022
Polis maşında qıcolma keçirən qadını belə xilas etdi – Video
02/10/2022
Prokurorluq Tərtərdə minaya düşənlərlə bağlı MƏLUMAT YAYDI
01/10/2022
Füzulidə iki nəfər minaya düşərək həlak olub – RƏSMİ
30/09/2022
25 yaşlı Nərmin dünyaya övlad gətirərkən komaya düşüb: Küvəzdə olan övladının ona ehtiyacı var – FOTO
29/09/2022
Bakıda küçədə yatan uşaqların valideynləri tapıldı
29/09/2022
Neyropsxioterapevt Nurana Kazımova və TADC bakanı psixoloq-Hakan Seyhan psixososial layihə…
27/09/2022
“Hər həftə duet oxuyuruq” – Şagirdi ilə videosu yayılan müəllim DANIŞDI
26/09/2022
TƏBİB sığınacaqdakı uşaqlar arasında yayılan dəri xəstəliyi barədə AÇIQLAMA verdi
24/09/2022
Videonu gəlin çəkib baldıza göndəribmiş…
24/09/2022
Azərbaycana payız gəldi
23/09/2022
Sakinlərin deputat Etibar Əliyevə müraciəti müsbət həll olundu – Suraxanıda daha bir küçə asfaltlandı
22/09/2022
Avtomobillərin qeydiyyatı və nömrələrlə bağlı yenilik
22/09/2022