> <
Putini “psix” adlandıran modelin cəsədi və səsyazısı tapıldı: “O, məni öldürəcək, bu adı unutmayın…” | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
42250 - dəfə oxunub

Putini “psix” adlandıran modelin cəsədi və səsyazısı tapıldı: “O, məni öldürəcək, bu adı unutmayın…”

Spread the love

Rusiya prezidenti Vladimir Putini “psix” adlandıran model Qretta Vedlerlə bağlı sensasion təfərrüatlar ortaya çıxıb.

Sfera.az bildirir ki, cəsədi yoxa çıxandan bir il sonra tapılan model öldürüləcəyindən xəbərdar imiş. Çəkdiyi son videoda videoda o, bunları deyib:

“708 nömrəli otaqdaydım, məni öldürməklə hədələdilər, qışqırdım, amma mənə kömək etmədilər”.

Otel meneceri görüntülərdə anlaşılmaz bir şey dedikdən sonra Qretta ona sevgilisi Dmitri Korovinin gələcək qatilinin olacağını deyib: “Adını yadında saxla – Dmitri Korovin. Dmitri Korovin. Dmitri Korovin…". 

Məlum olub ki, Qretta ölməzdən əvvəl həmin görüntüləri gizli şəkildə lentə alıb və adı açıqlanmayan dostuna göndərib.

Rusiya mətbuatına açıqlama verən həmin şəxs, "Korovinlə bir neçə dəfə görüşdüm. Ondan heç xoşum gəlmirdi. Birincisi, bu şəxsin gözlənilməz, prinsipsiz və təhlükəli olduğu tez bir zamanda aydın oldu. İkincisi, mən tam əminəm ki, o, Qrettanın nə etdiyini bilirdi, onun qazancından istifadə edirdi”, deyə söyləyib. Qrettanın dostlarının dediyinə görə, model tez-tez Korovinin ondan pul istəyəcəyindən və geri qaytarmayacağından şikayətlənib. İddialara görə, Dmitri gənc qadına yüz minlərlə funt-sterlinq borclu olub və ödəməkdən imtina edib.

 

Qeyd edək ki, 1998-ci il təvəllüdlü Vedler 2021-ci ildə sosial media hesabından Rusiya lideri Vladimir Putini “psix” adlandırıb və bu çıxışı ilə uzun müddət gündəmi zəbt edib. 23 yaşlı model bu ifadədən təxminən bir ay sonra yoxa çıxıb, onun meyiti bir il sonra tapılıb. Məşhur modelin Moskvada otel otağında öldürüldüyü bəlli olub. Onun keçmiş sevgilisi Dmitri Korovin qətldən bir il sonra pul üstündə yaranan mübahisəyə görə Qrettanı boğaraq qətlə yetirdiyini etiraf edib.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Rusiyada “qəhrəman ana”lara 1 milyon rubl veriləcək
17/08/2022
İrəvanda yaralı sayı 61-ə çatdı, 3 nəfər öldü – YENİLƏNİB
14/08/2022
Türkiyədən Rusiyaya xəbərdarlıq: Öhdəliyə əməl et!
12/08/2022
Yunanıstanda meşə yanğını – 600 nəfər təxliyə edildi
20/07/2022
Bu ölkədə yüzlərlə aviareys ləğv olundu
17/07/2022
Türkiyədə meşə yanğınları davam edir: Yeni görüntülər – VİDEO
23/06/2022
Putini “psix” adlandıran modelin cəsədi və səsyazısı tapıldı: “O, məni öldürəcək, bu adı unutmayın…”
23/06/2022
Fətullah Gülənin qardaşı qızı saxlanıldı
23/06/2022
Putinin “nüvə çamadanı”nı daşıyan mühafizəçi başından vurulmuş vəziyyətdə tapılıb
23/06/2022
Dörd ölkənin lideri Ukraynada – Video + Yenilənib
16/06/2022
Lavrova cavab verdi, İrəvanı ifşa etdi
16/06/2022
Xarkovda hərbçilərin koordinatını verən Rusiya agenti ələ keçirildi – VİDEO
14/06/2022
900 milyon rublu mənimsəmişdi, Dubaya uçarkən saxlanıldı
10/06/2022
Xarkovun meri: “150 min insan evsiz qalıb, bütöv mikrorayonlar yer üzündən silinib”
10/06/2022
Ərdoğanla danışdım, türk donanması gəlsə… – ZELENSKİ (VİDEO)
07/06/2022