> <
#Yazı Title | #Site Title
Baş səhifə
Əlaqə
Məzənnə:
4222 - dəfə oxunub

Prezidentlər Şuşada musiqili kompozisiya izlədi – Video + Fotolar

Spread the love

İyunun 15-də Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.

 Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan musiqili kompozisiyaya baxıblar.

Musiqili kompozisiyada Azərbaycan Atçılıq Federasiyasının təqdim etdiyi Qarabağ atlarının möhtəşəm çıxışının müşayiətilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının, Azərbaycan Dövlət Rəqs ansamblının, “Mirvari” rəqs ansamblının və Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin rəqsləri, “Natiq” ritm qrupunun ifaları təqdim olunub. Proqramda Azərbaycanın və Türkiyənin xalq və bəstəkar mahnıları səslənib.

Tədbir zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ən qədim at cinslərindən olan “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edilib. “Xarıbülbül” kompozisiyasında Qarabağın rəmzi sayılan iki xarıbülbül gülü birləşərək Azərbaycan ilə Türkiyə arasındakı əbədi dostluq və qardaşlıq münasibətlərini təcəssüm etdirir.

Şuşada təşkil olunan tədbirin qonaqlarına, həmçinin Heydər Əliyev Fondunun “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusu hədiyyə olunub. Topluya ədəbiyyat, musiqi, memarlıq sahələrini, xalq sənətkarklığını və xalçaçılıq sənətini əks etdirən ayrı-ayrı nəşrlər daxildir.

 




Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Azərbaycanlı yanğınsöndürənlərin bayraq sevgisi Türkiyə mediasında – FOTO
03/08/2021
“İnfiniti” klub bu görüntülərə görə 4 min manat cərimələndi – VİDEO
03/08/2021
“Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? – DETALLAR
02/08/2021
Bərdədə azyaşlı qızı zorlayan şəxs həbs edilib – DİN-dən açıqlama
02/08/2021
Zakir Həsənov ordu rəhbərliyini topladı, əmr verdi
02/08/2021
Türkiyədə meşə yanğınlarını törədən “Atəşin uşaqları” adlı terrorçular kimlərdir? – FOTO
02/08/2021
Polisi döyən Eldəniz Səlimov danışdı – Günahını etiraf etdi
01/08/2021
Ordumuz azad edilmiş əraziləri belə qoruyur – FOTO/VİDEO
01/08/2021
Deputatdan Jirinovskinin qalmaqallı çıxışına – Cavab
01/08/2021
Eldəniz Səlimovla bağlı spikerə müraciət – 53 deputat ona qarşıdır
31/07/2021
Sürücüsü Xanhüseyn Kazımlının maşınına yaxınlaşan azyaşlı qızı döydü
31/07/2021
Eldəniz Səlimovun toxunulmazlığına xitam verilsin – Baş Prokuror təqdimat göndərdi
31/07/2021
Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti qalxdı – RƏSMİ
31/07/2021
Qarabağın və Şərqi Zəngəzurun ümumi planı hazırlanır
30/07/2021
Deputatın polisi döyməsiylə bağlı yeni açıqlama: “Mənim maşınımda gedib”
30/07/2021