> <
Prezident Birinci Qarabağ müharibəsindəki məğlubiyyətə görə AXC-Müsavat liderlərini tənqid etdi | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4232 - dəfə oxunub

Prezident Birinci Qarabağ müharibəsindəki məğlubiyyətə görə AXC-Müsavat liderlərini tənqid etdi

Spread the love

“Biz hətta o satqınlığı, o xəyanəti edən AXC-Müsavat cütlüyünün mənfur liderlərinə layiq olduqları cəzanı verməmişdik”.
Kivnews.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşadan xalqa etdiyi müraciətində deyib.
Dövlət başçısı bildirib ki, Şuşada olarkən insan Azərbaycan xalqının böyüklüyünü bir daha dərk edir: “Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq.

Biz hətta o satqınlığı, o xəyanəti edən AXC-Müsavat cütlüyünün mənfur liderlərinə layiq olduqları cəzanı verməmişdik. Halbuki onlar istənilən cəzaya layiqdirlər.

Biz bu vəziyyətlə barışmadıq və mən dəfələrlə deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı.

Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər.

İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi.

Bizim müharibəmiz – İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Ceyhun Bayramov Ermənistana səsləndi: “Münasibətlər qarşılıqlı olmalıdır”
19/06/2021
BMT önündə Ermənistanın mina xəritələrini verməməsinə etiraz olaraq sərgi keçirilib
19/06/2021
“50-ə yaxın siyasi partiya bu məsələdə də birləşdi” – Şahin İsmayılov
18/06/2021
Çavuşoğlu: “Azərbaycanın ərazi bütövlüyünə hər kəs hörmət etməlidir”
16/06/2021
Qarabağ öz kimliyinə qovuşacaq – Ərdoğan
15/06/2021
“Müharibə dövründə Türkiyə telekanallarında reportajları izləmişdim”
15/06/2021
Yaponiya səfiri: “Ağdamda gördüklərim məni çox təsirləndirdi”
15/06/2021
Ərdoğan NATO sammitində Merkellə görüşdü
14/06/2021
“Böyük yeddilik” ölkələri sammitinin yekun bəyanatı qəbul olunub
14/06/2021
Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
13/06/2021
“Aİ Azərbaycan və Ermənistan arasında humanitar prosesi dəstəkləyir”
13/06/2021
Rudenko fransalı səfirlə Qarabağı müzakirə etdi
11/06/2021
İlham Əliyev və Mehriban Əliyeva Rusiyanın Patriarxına başsağlığı verdilər
11/06/2021
ISESCO-nun keçmiş baş direktoru Qareginin Xankəndi səfərini PİSLƏDİ
10/06/2021
Ermənistan təxribat hazırlayır – Azərbaycanın artıq xəbəri var
10/06/2021