> <
“Peyvənd edilənlər arxayın olmasınlar” – Həkimdən xəbərdarlıq | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4229 - dəfə oxunub

“Peyvənd edilənlər arxayın olmasınlar” – Həkimdən xəbərdarlıq

Spread the love

“Covidlə bağlı vəziyyət bu dəfə daha ciddidir. Ehtiyatlı olaq”.
Bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri, radioloq-həkim Aydın Əliyev öz feysbuk hesabında yazıb.
Həkim sosial şəbəkə hesabında müşahidələrini və tövsiyələrini yazıb:
“Koronavirus daha sürətlə yayılır. Bildiyimiz müalicələrə demək olar ki, tabe olmur. Ağciyərləri daha çox zədələyir. İldırımsürətli ağırlaşma verə bilir. Ağırlaşma və ölüm hallarının ehtimalı daha çoxdur”.

“Ən yaxşısı yoluxmamaqdır” deyən həkim bildirib ki, bunun üçün fiziki məsafə saxlamaq mütləqdir:

“Açıq havada ən azı 1 metr, qapalı məkanlarda isə 1,5 metr. Maskanı cərimə olunmamaq üçün yox, qorunmaq üçün geyinək. Burun və ağız nahiyəsini tam qapayaq. Yaxşı olar ki, filtrsiz N95 maskasından istifadə edək. Əl ilə görüşməyək. Əl ilə görüşsək nə olacaq? Görüşməsək nə olacaq? Bu stereotiplərdən çıxaq. Bəziləri burnun qurtdalayır, dişlərin qurtdalayır, müxtəlif əşyalara, səthlərə əlinini vurur. Belə olmaz! Ən yaxşısı əl ilə görüşməmək, qucaqlaşmamaq, öpüşməməkdir bu aralarda… Əllərimizi tez-tez sabunlu su ilə yuyaq, ən azı 70%-li etil spirti əsaslı məhlullarla dezinfeksiya edək. Sıx toplaşmayaq və insanların sıx toplaşdığı məkanlardan uzaq duraq və digərlərini buna təşviq edək”.

Aydın Əliyev onu da bildirib ki, peyvənd edilənlər arxayın olmasınlar:

“Peyvənd edilənlər arasında da yeni ştama yoluxub ağır keçirənlər var. Yoluxma sayı günbə-gün artır. Mən sərt karantinin əleyhinəyəm. Amma yoluxma sayı biraz da artsa sərt karantin qaçılmaz olacaq. Sərt karantin istəmiriksə qorunmalıyıq. Yoluxma sayı azalana qədər qonaqlıqlardan, ad günlərində və digər tədbirlərdə toplaşmaqdan çəkinək”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Ərdoğan Baydenlə görüşü dəyərləndirdi
14/06/2021
Əhməd İsmayılov “Media haqqında” qanunun əsas məqsədini açıqladı
14/06/2021
Şərhi ilə gündəm olan İlqar Mikayıloğludan AÇIQLAMA
14/06/2021
Prezident Füzuli aeroportunda – Fotolar
14/06/2021
Cəbrayıl şəhidi Ziyadxan Əliyevin bulağının açılışı oldu-FOTO
14/06/2021
“Ermənistan Azərbaycana saxta mina xəritəsi versə…“ – Polkovnikdən açıqlama
14/06/2021
Prezidentlə xanımı Füzulidə – Yenilənib
14/06/2021
Polad Həşimovun qızı da məzun oldu
14/06/2021
İlham Əliyevdən şəhid jurnalistlərlə bağlı SƏRƏNCAM
14/06/2021
Sahil Babayev deputatların tələbi ilə parlamentə gələcək – Vaxt açıqlandı
14/06/2021
Hadrutu alacam, Şuşanı isə…” – Köçəryanın sayıqlaması
14/06/2021
Bu gün “Son zəng”dir
14/06/2021
10 noyabr bəyanatından imtina etsək… – Marukyan
13/06/2021
İki erməni “yolunu azaraq”, Azərbaycana keçib
13/06/2021
Daha bir məkanda əyləncə təşkil edildi – Qadağa ancaq toylaradı? – VİDEO
13/06/2021