> <
Paşinyan etirazlarla əlaqədar KTMT-dən İrəvana qoşun yeritməyi xahiş edib | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4238 - dəfə oxunub

Paşinyan etirazlarla əlaqədar KTMT-dən İrəvana qoşun yeritməyi xahiş edib

Spread the love

Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstandan nümunə götürərək Kremldən KTMT qoşunlarının Ermənistana göndərilməsini istəyib.
KivNews.com xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb.

Mənbənin sözlərinə görə, KTMT-nin Moskva sammiti ərəfəsində (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hazırda Ermənistan sədrlik edir) Paşinyan KTMT-yə rəsmi sorğu göndərib.

“O, Moskvaya Təşkilat üzvlərindən təminat almaq üçün gəlib: İrəvanda vəziyyət Qazaxıstan ssenarisi üzrə inkişaf etsə, o zaman Rusiya və KTMT-nin digər üzvləri qoşun yeridəcək, iğtişaşları yatıracaq və Paşinyanın hakimiyyətdə qalmasına kömək edəcək. İddialara görə, hazırda ölkədə millətçi hərəkat güclənir və bu dövlətin konstitusiya quruluşunu təhdid edir. Buna görə də Təşkilatın Ermənistana hərbi kontingentin göndərilməsi ilə bağlı qərarı zəruridir”, – Rusiya Prezidenti Administrasiyasındakı mənbə bildirib.

Məlumata görə, Prezident Administrasiyasında Paşinyanın xahişi rədd edilib və onun özündən xahişi geri götürməsi tələb olunub, əks halda Ermənistan tərəfinə bunun rəsmi olaraq gündəmdən çıxarılacağı vəd edilib.

Başqa bir məlumata görə, Prezident Administrasiyasının cavabından sonra Ermənistanın baş naziri birbaşa Vladimir Putindən dəstək almağa çalışıb.

“Amma burada da ona rədd cavabı verilib. Paşinyanla ikitərəfli görüş tədbirin sonuna qədər təxirə salınıb ​​və Ermənistan prezidenti Putinlə görüş üçün beş saat gözləyib, lakin sonda problemini rusiyalı hərbçilərinin köməyi ilə həll etməyə razılıq verməyib” , – deyə mənbə bildirib.Oxu.az

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Türkiyədə meşə yanğınları davam edir: Yeni görüntülər – VİDEO
23/06/2022
Putini “psix” adlandıran modelin cəsədi və səsyazısı tapıldı: “O, məni öldürəcək, bu adı unutmayın…”
23/06/2022
Fətullah Gülənin qardaşı qızı saxlanıldı
23/06/2022
Putinin “nüvə çamadanı”nı daşıyan mühafizəçi başından vurulmuş vəziyyətdə tapılıb
23/06/2022
Dörd ölkənin lideri Ukraynada – Video + Yenilənib
16/06/2022
Lavrova cavab verdi, İrəvanı ifşa etdi
16/06/2022
Xarkovda hərbçilərin koordinatını verən Rusiya agenti ələ keçirildi – VİDEO
14/06/2022
900 milyon rublu mənimsəmişdi, Dubaya uçarkən saxlanıldı
10/06/2022
Xarkovun meri: “150 min insan evsiz qalıb, bütöv mikrorayonlar yer üzündən silinib”
10/06/2022
Ərdoğanla danışdım, türk donanması gəlsə… – ZELENSKİ (VİDEO)
07/06/2022
Zelenski Ərdoğana Putinlə görüşmək istədiyini bildirib
31/05/2022
Rusiya ordusu Zelenskinin səfərindən sonra Xarkovu atəşə tutdu
29/05/2022
Bağdadda faciə – Dağıntılar altında qalanlar var
29/05/2022
Bu, çətin və qanlı müharibə olacaq – ukraynalı general
29/05/2022
Ukrayna cəbhədəki son durumu açıqladı
27/05/2022