> <
Paşinyan Ermənistan MN-in təkzib etdiyi məlumatı təsdiqlədi | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4233 - dəfə oxunub

Paşinyan Ermənistan MN-in təkzib etdiyi məlumatı təsdiqlədi

Spread the love

Ermənistanın baş naziri Nikol Paşinyan sabiq baş hərbi müfəttiş,  general-polkovnik Movses Akopyanın ölkəsinin Rusiyadan döyüş sursatı ilə təchiz edilməyən “Su-30SM” təyyarələri alması barədə verdiyi açıqlamanı təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

“Bizi təyyarələri niyə aldıq deyə ittiham edirlər. Bəli, biz təyyarələr almışıq. Və bəli, müharibədən əvvəl raket almağa vaxtımız yox idi. Ancaq siz təyyarələri alardınız, biz də raketləri alardıq”, – deyə Paşinyan bildirib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra istefa verən Movses Akopyan ötən il noyabrın 19-da  keçirdiyi mətbuat konfransında Paşinyanın silah alışı ilə bağlı planını dəyişdirdiyini söyləmişdi:

““Su-30SM” qırıcıları aldıq. Su təyyarələrinə ehtiyacımız yox idi. Bu təyyarələr burada sursatsız qalıb. Rusiya hökumətinin qərarına görə, bu qırıcıların döyüş sursatlarının ikinci ölkələrə satılması qadağandır”.

Elə həmin gün Ermənistan Müdafiə Nazirliyi Akopyanın açıqlamalarının nəinki həqiqətə uyğun olmadığını, həm də dövlət sirrini ehtiva etdiyini qeyd edərək təkzib vermişdi. Nazirlik həmçinin “Su-30SM” təyyarələrində silah-sursatın olmaması ilə bağlı iddiaların da yanlış olduğunu açıqlamışdı. 

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Ceyhun Bayramov Ermənistana səsləndi: “Münasibətlər qarşılıqlı olmalıdır”
19/06/2021
BMT önündə Ermənistanın mina xəritələrini verməməsinə etiraz olaraq sərgi keçirilib
19/06/2021
“50-ə yaxın siyasi partiya bu məsələdə də birləşdi” – Şahin İsmayılov
18/06/2021
Çavuşoğlu: “Azərbaycanın ərazi bütövlüyünə hər kəs hörmət etməlidir”
16/06/2021
Qarabağ öz kimliyinə qovuşacaq – Ərdoğan
15/06/2021
“Müharibə dövründə Türkiyə telekanallarında reportajları izləmişdim”
15/06/2021
Yaponiya səfiri: “Ağdamda gördüklərim məni çox təsirləndirdi”
15/06/2021
Ərdoğan NATO sammitində Merkellə görüşdü
14/06/2021
“Böyük yeddilik” ölkələri sammitinin yekun bəyanatı qəbul olunub
14/06/2021
Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
13/06/2021
“Aİ Azərbaycan və Ermənistan arasında humanitar prosesi dəstəkləyir”
13/06/2021
Rudenko fransalı səfirlə Qarabağı müzakirə etdi
11/06/2021
İlham Əliyev və Mehriban Əliyeva Rusiyanın Patriarxına başsağlığı verdilər
11/06/2021
ISESCO-nun keçmiş baş direktoru Qareginin Xankəndi səfərini PİSLƏDİ
10/06/2021
Ermənistan təxribat hazırlayır – Azərbaycanın artıq xəbəri var
10/06/2021