> <
Özlərini DİN və DTX əməkdaşı kimi təqdim edənlər qadını oğurladılar | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4277 - dəfə oxunub

Özlərini DİN və DTX əməkdaşı kimi təqdim edənlər qadını oğurladılar

Spread the love

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən Vidadi Məlikov 14 il, Rəşad Hüseynov və Zamin Hüseynov 11 il, Şahnaz İbrahimova 10 il, Mirməhəmməd Qədirov və Elçin Babayev isə 9 il azadlıqdan məhrum ediliblər.

Onlar Cinayət Məcəlləsinin adam oğurluğu, quldurluq, hədə-qorxu ilə tələb etmə, oğurluq, qanunsuz silah saxlama, qanunsuz azadlıqdan məhrumetmə maddələri ilə təqsirli biliniblər. Araşdırmalar zamanı məlum olub ki, qrup üzvləri ötən ilin fevral ayında mənzildən xeyli miqdarda pul və qızıl oğurladıqdan sonra başqa cinayət planlaşdırıblar.

Onlar əvvəlcədən izlədikləri və Şahnaz İbrahimova vasitəsilə barəsində məlumat topladıqları Bakıdakı məşhur masaj salonlarından birinin icarədarının həyat yoldaşını oğurlamaq qərarına gəliblər.

Bu məqsədlə həmin şəxslər Babək prospektindəki masaj salonundan çıxıb Binəqədidə yerləşən evinə gedən A.Şamirovanı izləyiblər. Ötən il fevralın 3-də saat 22 radələrində qadın taksidən düşdükdən sonra yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edən qrupun 2 üzvü əməliyyat keçirdiklərini və birgə idarəyə getməli olduğunu bildiriblər. Onlar A.Şamirovanı zorla avtomobilə apararaq başına torba keçiriblər və Masazır qəsəbəsi Atçılıq yaşayış massivində əvvəlcədən kirayə tutduqları evə gətirərək otağa salıblar. Qrup üzvləri yolda olarkən, evdə və digər danışıqlar vaxtı DİN və DTX əməkdaşları olduqlarını, paytaxtda əxlaqsızlıq yuvalarına qarşı əməliyyat keçirdiklərini deyiblər. Onlar tez-tez “rəis, məruzə, raport, Seyid, müavin, komandir” və sair kimi sözlərdən istifadə edərək oğurladıqları qadını həqiqətən hüquq-mühafizə orqanlarının əməkdaşı olduqlarına inandırmağa çalışıblar. Daha sonra qrup üzvləri masaj salonunu işlədən, həmçinin girov saxladıqları qadının əri ilə əlaqəyə keçərək ondan məsələnin həll olunması üçün 30 min manat tələb ediblər. Əks halda hər ikisinin məsuliyyətə cəlb ediləcəyini bildiriblər.

A.Şamirovanın ərinin hüquq-mühafizə orqanlarına müraciətindən sonra xüsusi əməliyyat keçirilib və adam oğurluğu, quldurluq və sair kimi cinayətlərdə şübhəli bilinən qrup üzvləri tutulub.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Qəbələ, Şabran, Quba və Siyəzəndə yanğınlar hələ də davam edir – VİDEO
17/08/2022
İki nəfərin ölümü ilə nəticələnən qəzaya səbəb maşınların ötüşməsi olubmuş
11/08/2022
Bakıda kişini ölümcül döydülər: DİN HƏRƏKƏTƏ KEÇDİ – VİDEO
06/08/2022
İstirahət mərkəzinin hovuzunda dəhşətli hadisə – Ölən var
06/08/2022
Azərbaycanda PARTLAYIŞ – Xəsarət alan var
28/07/2022
“Onu tapmaq üçün arvadı ilə münasibət qurdum” – Film kimi hadisə
26/07/2022
Tovuzda yanaraq ölən qadınlarla bağlı yeni MƏLUMAT – YENİLƏNİB
25/07/2022
Bakıda həkim intihar etdi
23/07/2022
İntihara cəhd edən ana və övladları – Foto
20/07/2022
Bakıda sərnişin avtobus sürücüsünü döydü
18/07/2022
Bakıda güclü yanğın BAŞLADI
17/07/2022
FHN Kürə aşan polis maşını ilə bağlı məlumat yaydı
17/07/2022
Kəlmeyi-şəhadətini oxutdurub, hamama salıb doğrayıb… – Nahidənin dəhşətli qətli
12/07/2022
Azərbaycanda dəhşətli qətl: Qadının başını kəsib mağazaya atdılar – TƏFƏRRÜAT + YENİLƏNİB
07/07/2022
Bakıda zavodda bədbəxt hadisə – Ölən var
06/07/2022