> <
“Oskar” mükafatlı rejissor saxlanıldı | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4252 - dəfə oxunub

“Oskar” mükafatlı rejissor saxlanıldı

Spread the love

“Oskar” mükafatı laureatı kinorejissor Pol Haqqis saxlanılıb.
“Qafqazinfo” “CNN”ə istinadən xəbər verir ki, 69 yaşlı Kanada əsilli rejissor və ssenarist İtaliyanın cənubundakı turizm şəhəri Ostunidə cinsi təcavüz və ağır yaralama ittihamları ilə saxlanılıb.

Haqqisin İtaliyadakı vəkili Mikel Laforcia mətbuata açıqlamasında faktı təsdiqləyib: “Pol Haqqis hazırda Ostunidə, prokurorun əmri ilə ev həbsindədir. İlkin araşdırmalar və faktlarla bağlı öz versiyamızı təqdim etmək üçün hakim tərəfindən çağırılmağı gözləyirik”.

İttihama görə, rejissor bir əcnəbi qadına iki gün ərzində cinsi təcavüz edib, daha sonra onu pis fiziki və psixoloji vəziyyətdə Brindizi hava limanında yola atıb. Aeroport əməkdaşları və dövlət sərhədçiləri qadına yardım göstərərək onu xəstəxanaya yerləşdiriblər. Daha sonra qadın polisə şikayət edib, nəticədə Haqqis saxlanılıb.

Pol Haqqis vəkili vasitəsilə mətbuata açıqlama ilə çıxış edib. O, günahsız olduğunu və məsələnin təcili olaraq ciddi araşdırılmasını tələb edib.

Qeyd olunur ki, 2017-ci ildə də rejissora qarşı cinsi təcavüzlə bağlı ittiham irəli sürülüb.

Xatırladaq ki, P. Haqqis “Toqquşma” (2004) və “Milyon dollarlıq gözəlçə” (2004) filmlərinə görə “Oskar” mükafatına layiq görülüb.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Həkimdən maska XƏBƏRDARLIĞI: Bu dalğa əvvəlkilərdən fərqli olacaq!
14/08/2022
Azərbaycanda abortların sayı rekord həddə çatdı: Məktəblilər də var – Siyahı
12/08/2022
Bakıda vulkan püskürdü – Video + Yenilənib
11/08/2022
Bülbülə və Əmircanda su kəsiləcək – XƏBƏRDARLIQ
06/08/2022
Şimşək çaxacaq, çaylarda sululuq artacaq – Xəbərdarlıq
30/07/2022
Sürücülərin DİQQƏTİNƏ: Bu dayanacaqda saxlasanız CƏRİMƏLƏNƏ bilərsiniz – VİDEO
28/07/2022
Meymunçiçəyinə yoluxanların çoxu homoseksual kişilərdir – Fransız nazir
26/07/2022
Qazaxda əkiz hərbçilər əkiz bacılarla evləndi – Video
25/07/2022
Azərbaycanda müəmmalı olay: Bir gündə 58 nəfər…
19/07/2022
Havanın temperaturu 44 dərəcəyə çatacaq
16/07/2022
Başçının müavini azyaşlı qızı döyüb? – “Biz bilmərik ki…” – İcra Hakimiyyəti
15/07/2022
ÜST açıqladı: bu dərmanlardan İSTİFADƏ ETMƏYİN!
14/07/2022
Sabah hava küləkli olacaq
07/07/2022
ÜST-dən həyəcan təbili: Uşaqlar arasında meymunçiçəyinə yoluxma var
07/07/2022
Qan xərçəngi ilə mübarizə aparan Ayşənin sizə EHTİYACI VAR: Əməliyyat üçün son 20 gün qalıb – FOTO/VİDEO
05/07/2022