> <
Ordumuzun hərbi qulluqçuları tərxis olundu | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4229 - dəfə oxunub

Ordumuzun hərbi qulluqçuları tərxis olundu

Spread the love

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” müvafiq sərəncamının icrası Azərbaycan Ordusunda davam edir.
Müdafiə Nazirliyindən bildirilib ki, 2020-ci il oktyabrın 30-dək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılırlar.

Bu münasibətlə Şuşa şəhərində və digər ərazilərdə yerləşən hərbi hissələrdə ordudan tərxis olunan hərbi qulluqçuların yola salınma mərasimi keçirilib.

Əvvəlcə Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Vətən müharibəsində qazanılan parlaq qələbədən, Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlıq, şücaət göstərməklə şərəfli missiyanı yerinə yetirərək öz doğma torpaqlarımızı işğalçılardan azad etməsindən danışılıb. Komandanlığın təbrik-müraciəti hərbi qulluqçulara çatdırılıb, hərbi xidməti uğurla başa vurmuş gənclərə və xidmətə yeni başlayan əsgərlərə uğurlar arzulanıb.

Gənc əsgərlər isə silahdaşları adından, özündən əvvəlki döyüşçülərin ənənələrini davam etdirəcəklərinə, ərazi bütövlüyümüzü göz bəbəyi kimi qoruyacaqlarına and içib.

Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya Fəxri Fərman və qiymətli hədiyyə təqdim olunub.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
İlham Əliyev İranın yeni prezidentini təbrik etdi
19/06/2021
Şuşada 20 raket, 7 mindən çox patron tapıldı
19/06/2021
66 yaşlı kişi ilə 48 yaşlı qadın aylardır itkin düşüb – Foto
19/06/2021
“Sosial media saxta xəbərləri böyüdür” – Hikmət Hacıyev
18/06/2021
Aslan İsmayılov: “Əbülfəz Elçibəyə Etibar Məmmədov kimilərinin dil uzatması həyasızlıqdır”
18/06/2021
Prezidentlə xanımı Bakıda hotel açılışında – Fotolar + Video
18/06/2021
Nazilə Səfərli polisə çağırıldı
18/06/2021
Paşinyan yenə hiddətləndi – Xalq ondan üz döndərib
18/06/2021
Azərbaycanda Türkiyə hərbi bazası yaradılır? – Lavrovdan reaksiya
18/06/2021
Əhməd Əhmədova hökm oxundu – 11 il cəza
18/06/2021
Van Dammın azərbaycanlı qudası polkovnik imiş
18/06/2021
Emin Əmrullayev tələbələrə veriləcək kreditlərdən DANIŞDI
18/06/2021
Kəlbəcərdə göldə boğulan kapitanın axtarışları davam edir
18/06/2021
Nura Surinin oğlu qəzaya düşdü – Fotolar + Video
18/06/2021
İlham Əliyevdən hərbi çağırışla bağlı SƏRƏNCAM
17/06/2021