> <
Ombudsmandan mina partlayışı ilə bağlı bəyanat | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4274 - dəfə oxunub

Ombudsmandan mina partlayışı ilə bağlı bəyanat

Spread the love

İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva Azərbaycanın azad olunmuş ərazilərində işğal dövründə Ermənistan tərəfindən basdırılmış tank və piyada əleyhinə minaların hazırda insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratması və bu vəziyyətə son qoyulması ilə bağlı beynəlxalq ictimaiyyətə dəfələrlə bəyanat və çağırışlar ünvanlayıb.

Bu barədə Axar.az-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, azad edilmiş ərazilərimizdə mövcud olan mina problemi məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngitməklə yanaşı, çoxsaylı insanların həyatına son qoymuş və ya ömürlük əlillik dərəcəsi almalarına səbəb olub.

Daha bir azərbaycanlı mülki şəxs piyada əleyhinə minaya düşərək xəsarət alıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Vəliyev Ruhin Sultan oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonunun ərazisində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb və sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub. Təəssüflə bildiririk ki, beynəlxalq təşkilatlar tərəfindən insan həyatı üçün potensial təhlükə olaraq qalmaqda davam edən minalarla bağlı konkret tədbirlər görülmür, bu isə günahsız insanların həlak olmasına və ya xəsarətlər almasına səbəb olur.

Azərbaycan Ombudsmanı olaraq, bir daha minaların yaratdığı təhlükə ilə bağlı ciddi narahatlığımı bildirir, Ermənistana beynəlxalq hüquqa hörmət etmək öhdəliyini xatırladır və beynəlxalq təşkilatları ədalətli yanaşma sərgiləyərək qəti münasibət bildirməklə bu məsələdə Azərbaycana dəstək ifadə etməyə çağırıram.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
“Heydər Əliyev ona atalıq qayğısı göstərirdi”
17/08/2022
Mehriban Əliyevadan Müslüm Maqomayevlə bağlı paylaşım
17/08/2022
Ölümündən 9 gün əvvəl doğum gününü qeyd edən Firəngiz Rəhimbəyova – Fotolar
17/08/2022
Xocalı qatili erməni general öldü
13/08/2022
Ölkə başçısı Azərbaycan Televiziyasına müsahibə verdi
12/08/2022
Bakcell qazi və şəhid övladları üçün kurslar təşkil edib
12/08/2022
Mehriban Əliyeva yeni video PAYLAŞDI
12/08/2022
Sosial şəbəkələrdən istifadə edən hərbçilər ordudan uzaqlaşdırıldı
12/08/2022
“Hərbi sirlə bağlı təkliflər hazırlanıb”
10/08/2022
Xalq artisti erməninin şərlədiyi qazidən yazdı
10/08/2022
“Tofiq Şahmuradov həmin statusu 5 dəqiqə sonra silib”
09/08/2022
Dağ yəhudiləri icmasının sədri Londonda Azərbaycan səfirliyinə hücumu pisləyib
08/08/2022
Əməkdar artistə ağır itki
08/08/2022
Baş nazirdən sərəncam: Azad edilmiş ərazilərdə yeni İşçi Qrupu yaradıldı
06/08/2022
Şəhid Tahir Əliyev Ağstafada dəfn edildi – Fotolar + Yenilənib
06/08/2022