> <
Oğlu qəza ilə gündəmə gələn icra başçısı qaziyə süpürgəçilik təklif edib | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4232 - dəfə oxunub

Oğlu qəza ilə gündəmə gələn icra başçısı qaziyə süpürgəçilik təklif edib

Spread the love

Vətən müharibəsi qazisi İqbal Səfərov Pirallahı icra başçısı Vasif İmanovun ona “süpürgəçi” işləməyi təklif etdiyini bildirib.
“Qafqazinfo” xəbər verir ki, Şuşanın, Xocavəndin və Füzulinin azad edilməsinə görə medalları ilə təltif edilən Səfərov İqbal Zülfəli oğlu bakupost.az-a açıqlamasında qeyd edib ki, Səfərbərlik xidmətindən vəzifəli şəxslər onu dəvət edərək yaşadığı yer üzrə Pirallahı rayon icra hakimiyyətində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” söbəsinin rəisi vəzifəsini təklif ediblər.
Pirallahı rayon icra başçısı Vasif İmanov da İqbal Səfərovu qəbul edərək bu vəzifəyə təyin edəcəyini bildirib.
İ.Səfərov qeyd edir ki, bir müddət sonra həmin vəzifəyə başqa rayonda yaşayan zabitin təyin edildiyini öyrənib. İş üçün təkrar müraciət etdik də isə icra başçısı Vasif İmanov ona rayonda süpürgəçilik etməyi təklif edib.
İcra başçısı Vasif İsmayılovun adı bir neçə gün öncə oğlu Turan Həsənzadənin içkili vəziyyətdə qəza törətməsi hadisəsi ilə gündəmə gəlib.
Həmin qəzada zərərçəkən Ağahüseyn İsgəndərov “Qafqazinfo”ya müraciət edərək bildirib ki, qəza zamanı onun avtomobilinə 30 min manat zərər dəyib və Turan Həsənzadə əvvəlcə bu məbləği ödəyəcəyini bildirsə də, sonradan sürücüsü onun günahını boynuna alıb və A. İsgəndərova ödəniş etməkdən imtina ediblər.

Hadisə martın 19-u gecə saat 01 radələrində “Port Baku”nun yaxınlığında olub.

A.İsgəndərov bildirir ki, həmin gün BMW markalı 90 LG 464 nömrəli avtomobilini “Bentley” avtomobil salonunun qarşısında park edib:

“Gecə saatlarında “Mercedes GLS” markalı 90 AA 575 nömrəli avtomobil çox yüksək sürətlə gələrək mənim maşınıma dəyib. “Port Baku”nun mühafizəçiləri mənə zəng edib qəza haqda məlumat verdilər. Hadisə yerinə getdim, Turan Həsənzadə adlı şəxs idi, ağzından da spirt iyi gəlirdi. Dedi ki, “Brat, mən vurmuşam, mənim maşınım 250 min manatlıqdı, səninkini də, özümkünü də düzəltdirəcəyəm, polis çağırma”. Mən də razılaşdım, səhərə yaxın ona zəng edib dedim ki, polislər deyir maşını buradan götürün. Dedi mənim adamım gəlib həll edəcək”.

A.İsgəndərov əlavə edib ki, bir neçə saat sonra Elvin adlı şəxs hadisə yerinə gələrək avtomobili özünün idarə etdiyini iddia edib: “Mən də ona dedim ki, sən olmamısan. Amma mənim sübutum da var ki, hadisə yerində Turan olub. İndi də Elvin deyir ki, mən vurmuşam maşını, özüm də kasıb adamam, düzəltdirməyə pulum yoxdu. Sonra da başqa bir kişi gəlib dedi ki, maşının sahibi mənəm. Axırda iş sığorta şirkətinin üzərində qaldı. Şirkət də mənə 1500 manat pul təklif edir, amma maşınım yararsız haldadı, servisə apardım, dedilər 30-35 min manat xərci var”.
A.İsgəndərov deyib ki, Turan Həsənzadə Ədliyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertiza Mərkəzində yüksək vəzifə tutur.

Turan Həsənzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı yol polisi araşdırma aparır: “Sürücü vurub, hər şey hüquqi müstəvidə həll olunur. Cəriməmiz nədirsə ödəyəcəyik”.

T.Həsənzadə “Həmin zaman avtomobili siz idarə etmisiz?” sualı cavab verməkdən imtina edərək əlaqəni kəsib.

A.İsgəndərov hadisə yerindən çəkdiyi fotoda da Tunar Həsənzadənin orada olmasını qeyd edərək avtomobilini Tunarın sürdüyünü bir daha iddia edib.

T.Həsənzadə bir neçə gün öncə vəzifədən çıxarılan “Azərsu” sədri Qorxmaz Hüseynovun qızının əridir.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Prezidentdən Qurtuluş Günü ilə bağlı paylaşım – Foto
15/06/2021
Azərbaycanda Milli Qurtuluş Günüdür
15/06/2021
Ərdoğan Baydenlə görüşü dəyərləndirdi
14/06/2021
Əhməd İsmayılov “Media haqqında” qanunun əsas məqsədini açıqladı
14/06/2021
Şərhi ilə gündəm olan İlqar Mikayıloğludan AÇIQLAMA
14/06/2021
Prezident Füzuli aeroportunda – Fotolar
14/06/2021
Cəbrayıl şəhidi Ziyadxan Əliyevin bulağının açılışı oldu-FOTO
14/06/2021
“Ermənistan Azərbaycana saxta mina xəritəsi versə…“ – Polkovnikdən açıqlama
14/06/2021
Prezidentlə xanımı Füzulidə – Yenilənib
14/06/2021
Polad Həşimovun qızı da məzun oldu
14/06/2021
İlham Əliyevdən şəhid jurnalistlərlə bağlı SƏRƏNCAM
14/06/2021
Sahil Babayev deputatların tələbi ilə parlamentə gələcək – Vaxt açıqlandı
14/06/2021
Hadrutu alacam, Şuşanı isə…” – Köçəryanın sayıqlaması
14/06/2021
Bu gün “Son zəng”dir
14/06/2021
10 noyabr bəyanatından imtina etsək… – Marukyan
13/06/2021