> <
MTRŞ yeni telekanalın açılması üçün müsabiqə elan etdi | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4219 - dəfə oxunub

MTRŞ yeni telekanalın açılması üçün müsabiqə elan etdi

Spread the love

Mayın 31-də Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

Qurumdan verilən məlumata görə. iclasda televiziya və radio yayımı sahəsində mövcud vəziyyət, həmçinin ümumrespublika televiziya yayımında janr müxtəlifliyi məsələləri müzakirə olunub.

Qeyd olunub ki, hazırda ümumölkə statuslu mövcud 11 televiziya kanalından 2-si idman, 2-si xəbər, 1-i mədəniyyət və qalan 6-ı isə ümumi janrlıdır.

İnformasiya texnologilarının inkişafı ilə təhsil və elm sahəsinə gələn yenilikləri, son zamanlar elm və təhsil sahəsində baş verən davamlı inkişafı, cəmiyyətin bu sahəyə maraq və diqqətini, ictimaiyyətin və media ekspertlərinin teleradio yayımında elmi-maaridləndirici janra böyük tələbatın olması barədə fikirlərini nəzərə alaraq təhsil və elmi-maarifləndirici istiqamətdə ixtisaslaşmış televiziya kanalının açılması məqsədəuyğun hesab edilib.

Geniş müzakirələrdən sonra Milli Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 15-ci maddəsinin tələblərini rəhbər tutaraq ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV kanalı, HD yayım üçün 34-cü TV yayım kanalı) 07 iyun 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək müsabiqə elan edilməsi barədə qərar qəbul edib.

İclasda həmçinin Bakı şəhəri və Abşeron yarımadası ərazisində Azərbaycan Respublikasına məxsus ümumrespublika televiziya proqramlarının və Türkiyə Respublikasının "TRT-1" televiziya kanalının yayım paketlərində olan siyahısının yenilənməsi barədə qərar qəbul edilib.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Nabranda yanğın meşəlik əraziyə keçib – Foto+Yenilənib
17/06/2021
Komada qalan qazimiz şəhid oldu
16/06/2021
“Əhmədli” metrostansiyasında tüstülənmə olub
16/06/2021
İlham Əliyevlə Ərdoğan Natəvan, Bülbül və Üzeyirin heykəllərini ziyarət edib – Video
15/06/2021
Dələduzluqda ittiham edilən sabiq deputatın məhkəməsi keçiriləcək
15/06/2021
Daha 25 nəfər koronavirusa yoluxdu – Günün STATİSTİKASI
14/06/2021
Cəbhəyə təkər aparan TİR-dan “Ekologiya postu”nda 100 manat alınıb? — FOTO
13/06/2021
Kəlbəcərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
12/06/2021
Gömrüklə bağlı daha bir qalmaqal: “Məndən əlavə ödəniş tələb olunur”
11/06/2021
Füzulinin Gecəgözlü kəndindən görüntülər – VİDEO
11/06/2021
Vətən müharibəsinin qazi həkimi döyüşlərdə iştirakından DANIŞDI – FOTO
11/06/2021
Bu gün Azərbaycanda döyüşən livanlı terrorçuya hökm oxunacaq
11/06/2021
Polad Həşimov parkının açılacağı vaxt məlum oldu – ÖZƏL + FOTO
11/06/2021
Zəngilanın Məmmədbəyli kəndindən görüntülər – Video
10/06/2021
Vaksinin ikinci dozasını 56 günə qədər vurdurmaq olar – Səhiyyə Nazirliyi
10/06/2021