> <
“Millət vəkilləri gəlmişdi deyə “Qoç ət”də qazilərə çay verilmədi” | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4254 - dəfə oxunub

“Millət vəkilləri gəlmişdi deyə “Qoç ət”də qazilərə çay verilmədi”

Spread the love

Şuşadakı “Qoç Ət” restoranında Vətən müharibəsi qazilərinə hörmətsizlik edilməsi ilə bağlı məlumat yayılıb. 

Bu barədə sosial şəbəkədə jurnalist Vəfa Şəhlayi status paylaşıb.

Onun sözlərinə görə, restoran orada millət vəkillərinin olmasını əsas gətirərək hərbçilərə xidmət göstərməkdən imtina edib: “Şuşadakı “Qoç Ət”, səviyyəsizliyin bu qədəri olmaz… Vətən Müharibəsi qaziləri ilə Şuşaya gəlmişik. Günorta yemək yedik deyə bizi qəbul elədilər. Axşam girdik çay içməyə, əvvəlcə dedilər yaxşı, gətirərik. Sonra ofisiant getdi, adminstratorla məsləhətləşdi gəldi ki, indi sizə çay verə bilmərik. Çünki Bakıdan qonaqlar gəliblər, millət vəkilləri var, buna görə bizim sadəcə çay sifarişimiz qəbul olunmadı. Gedib dedim ki, millət vəkili bunların sayəsində Şuşadadır, siz utanmırsınız onların formalarından?! Deyir yuxarıda adamlar var, samovarda su qurtarıb…”

V. Şəhlayi həmçinin əlavə edib ki, restoranda yalnız xüsusi endirim kartı olan hərbçilərə endirim PR-ı edirlər.

"Qafqazınfo" məsələ ilə bağlı “Qoç ət” restoranı ilə əlaqə saxlayıb. Restorandan sosial şəbəkədə yayılan məlumatın həqiqətə uyğun olmadığı bildirildi: “Dünən sosial şəbəkələrdə haqqımızda yayılan məlumat heç bir halda həqiqəti əks etdirmir. Bu, çirkin şər, böhtan və qarayaxmadan başqa bir şey deyil. Şuşa şəhərindəki restoranımızda sifarişin gecikməsini guya imtina edilməsi kimi qələmə verənlərə ayıb olsun! Xalqın gözü tərəzidir. Azərbaycanın yerli brendi olaraq daim müzəffər Ali Baş Komandan, cənab Prezidentin, şəhid ailələrimizin, qazilərimizin, hərbçilərimizin və xalqımızın yanındayıq və bundan qürur duyuruq!” 

Xatırladaq ki, ötən il də sosial şəbəkədə “Qoç ət”in Şuşa filialında nahar edən hərbçilərimizə 700 manat məbləğində hesab gəlməsi ilə bağlı xəbər yayılmışdı. İddia edilirdi ki, bu səbəbdən restoranın idarəçiləri ilə hərbçilər arasında mübahisə düşüb. Restoranlar şəbəkəsindən isə sözügedən məlumatı təkzib edərək böhtan və təxribat adlandırmışdılar.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
İntim videosu yayılan polkovnikin rütbəsi geri alındı – SAXLANILDI
17/08/2022
FHN-də çəkilən intim videolarla bağlı Baş prokurora MÜRACİƏT OLUNDU
17/08/2022
150-200 bal toplayan abituriyentlərin seçə biləcəyi ixtisaslar AÇIQLANDI
16/08/2022
Şabrandakı yanğının – Videosu
15/08/2022
Mehdiyev maşınlarını bu ölkədə “zirehli” etdirib
13/08/2022
Niyə Avropada 50 manata olan dərman Bakıda 100 AZN-dən bahadır?
12/08/2022
Qaçaqmalçılar Azərbaycan sərhədçilərinə atəş açdı: YARALANAN VAR – FOTO
12/08/2022
Rayonlarda UN QITLIĞI yarandı – Səbəb nədir? (VİDEO)
12/08/2022
Sabiq bələdiyyə sədrinin bacısı qazini işə düzəltmək adı ilə dələduzluq edib
11/08/2022
Prezidentlə xanımı meydana çıxan idmançılarımızı belə salamladılar – Video
10/08/2022
Ərdoğan Azərbaycan Prezidenti və digər ölkə liderləri ilə bir araya gəldi – YENİLƏNİB + FOTO
09/08/2022
DTX-nin həbs etdiyi Məlikov: erməni qayınlarla oyun… – Anar Allahverdiyev kimdir?
08/08/2022
YPX əməkdaşı Səfər Mehdiyevin “Gelandewagen”ini saxladı, təhqir olundu: “Nə həyasız adamsan?” – VİDEO
08/08/2022
“Bu, hörmətsizlikdir, xalq cavabını verməlidir” – Şeyx
08/08/2022
Polis rəisi ağır qəza törətdi – Ölən var
08/08/2022