> <
#MedianınİnkişafıAgentliyi | #media #kivnewscom #kivnews
Baş səhifə
Əlaqə
Məzənnə:
4238 - dəfə oxunub

Medianın İnkişafı Agentliyi rəqabət mühitini formalaşdıra bilər

Spread the love

Medianın İnkişafı Agentliyinə ümidlər böyükdür. Uzun illərdir fəaliyyət göstərən çap və onlayn media subyektlərinin fəaliyyətinə dəstəyin göstərilməsi, onların işini daha məsuliyyətlə görməyə sövq edir. Baxmayaraq ki, ötən dövrdə də Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) fəaliyyət göstərirdi və bu qurumun yarıtmaz fəaliyyəti hər kəsə bəlli idi. Amma bir çoxları KİVDF-nin əlaltısı olduğundan və bu Fondun ayırdığı maliyyə yardımlarını əldə etdiklərindən dolayı susaraq səslərini çıxarıb, dillənə bilmirdilər. Bildiyimiz kimi KİVDF ancaq çap mətbuatına maliyyə yardımı edirdi. Onlayn media ilə bağlı müzakirələr isə nəticəsiz qalırdı. Çap mətbuatına edilən yardımlar isə, bir qrup şəxs arasında bölüşdürülürdü. Bu məsələdə də ayrıseçkiliyin olduğunu çoxları bilirdi. Bu ayrıseçkilik hətta jurnalistlər üçün tikilən mənzillərin paylanılmasına kimi sirayət etmişdi. Haqqı olan jurnalistlər kənarda qalırdı, nəticədə kimlərinsə katibəsi mənzillə təmin edilirdi. Əlbəttə ki, bunun cavabı bu gün dəmir barmaqlıqlar arasında yatan KİVDF-nin sabiq sədri Vüqar Səfərlidən soruşulur.

KİVDF-dən fərqli olaraq, Medianın İnkişafı Agentliyinə ümidlər çox böyükdür. Rəhbərliyində savadlı və mətbuatın real vəziyyətini bilən şəxslərin təmsil olunması onu deməyə asas verir ki, bu vaxta kimi ayrıseçkiliklə üzləşən, dövlətin ayırdığı layihələrdən kənarda qalan jurnalistlərə də diqqət ayrılacaq. Nəticədə istər çap, istərsə də onlayn media subyektləri dövlət dəstəyini hiss edəcək.

Bu gün Azərbaycanda fəaliyyət göstərən elə onlayn media subyektləri var ki, onlar “reket”çilikdən uzaq, sarı mətbuatdan kənar, kimlərəsə qara yaxmadan işlərini qurmuş və bu istiqamətdə də irəliləməkdədirlər. Belə saytların maliyyə gəlirləri yoxdur, yaxud da maliyyəyə bağlı olaraq öz reklamlarını qura bilməyərəkdən böyük oxucu kütləsi toplaya bilmir. Lakin belə saytlar istər informasiya müharibəsində, istərsə də gündəlik xəbər yayılmasında iştirak edirlər. Dövlət tərəfindən dəstəyin göstərilməsi onların fəaliyyətlərinə böyük təkan olardı. Çünki bildiyimiz böyük kollektivə malik saytlar var ki, onlara bu və ya digər formada maliyyə yardımı edilir. Belə saytlar da işlərini edilən yardımlara uyğun tənzimləyirlər. Düşünürük ki, Medianın İnkişafı Agentliyi tərəfindən elan edilən müsabiqələr zamanı maliyyəsi demək olar ki, olmayan saytlarla böyük kollektivə malik saytları yanaşı qoymaq və onlar arasında seçim etmək ədalətsizlik olardı. Böyük saytların istər baxış sayı, istərsə də işçi sayı digərlərindən artıqdır. Ona görə də, dəstək ayaq üstə durmağa çalışan xırda saytlara daha çox edilməlidir ki, onlar inkişaf etsin, rəqabət mühiti formalaşsın və reklam bazarına yolları açılsın. Ona görə də bu gün Medianın İnkişafı Agentliyinə böyük ümidlər var. Ayrı-ayrı media ekspertləri, jurnalistlərin dəyərləndirməsi ondan ibarətdir ki, Medianın İnkişafı Agentliyi bu vaxta kimi olmuş haqsızlığı aradan qaldıracaq və ədalətli şəkildə müsabiqələrdə media subyektlərini qiymətləndirəcək.

Ülvin Əsədov

 

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Prezidentdən Qurtuluş Günü ilə bağlı paylaşım – Foto
15/06/2021
Azərbaycanda Milli Qurtuluş Günüdür
15/06/2021
Ərdoğan Baydenlə görüşü dəyərləndirdi
14/06/2021
Əhməd İsmayılov “Media haqqında” qanunun əsas məqsədini açıqladı
14/06/2021
Şərhi ilə gündəm olan İlqar Mikayıloğludan AÇIQLAMA
14/06/2021
Prezident Füzuli aeroportunda – Fotolar
14/06/2021
Cəbrayıl şəhidi Ziyadxan Əliyevin bulağının açılışı oldu-FOTO
14/06/2021
“Ermənistan Azərbaycana saxta mina xəritəsi versə…“ – Polkovnikdən açıqlama
14/06/2021
Prezidentlə xanımı Füzulidə – Yenilənib
14/06/2021
Polad Həşimovun qızı da məzun oldu
14/06/2021
İlham Əliyevdən şəhid jurnalistlərlə bağlı SƏRƏNCAM
14/06/2021
Sahil Babayev deputatların tələbi ilə parlamentə gələcək – Vaxt açıqlandı
14/06/2021
Hadrutu alacam, Şuşanı isə…” – Köçəryanın sayıqlaması
14/06/2021
Bu gün “Son zəng”dir
14/06/2021
10 noyabr bəyanatından imtina etsək… – Marukyan
13/06/2021