> <
Medianın İnkişafı Agentliyi bəyanat yaydı | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4215 - dəfə oxunub

Medianın İnkişafı Agentliyi bəyanat yaydı

Spread the love

“İşğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAC-ın) müxbiri Məhərrəm İbrahimovun və daha bir mülki vətəndaşımızın minaya düşərək həlak olması, bir neçə nəfərin yaralanması Ermənistanın terrorçu əməllərinin növbəti əyani sübutudur”.

Bu barədə Medianın İnkişafı Agentliyinin yaydığı bəyanatda deyilir.

“Bütün beynəlxalq konvensiyalara və əldə olunmuş razılıqlara zidd olaraq Ermənistan tərəfindən işğaldan azad olunmuş ərazilərdə yerləşdirilmiş minaların xəritələrinin Azərbaycana təhvil verilməməsi minlərlə insanın həyatını təhlükəyə məruz qoyur və bu gün olduğu kimi günahsız insanların ölümü ilə nəticələnir.

Törədilən terror aktı beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq humanitar hüququn, o cümlədən, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların əlavə protokollarının ağır pozuntusu olmaqla, Ermənistanın sülhə, təhlükəsizliyə və beynəlxalq hüquqa saymazyana münasibətinin, cəzasızlıq mühitinin formalaşdırılması səbəbindən bu kimi qeyri-insani davranışları vərdiş halına gətirməsinin və humanist ideyaları təcavüzkar milliyyətçiliyə qurban verməsinin göstəricisidir.

İşğaldan azad olunmuş ərazilərimizdə ermənilər tərəfindən törədilmiş qeyri-insani hərəkətlər, nadir mədəni tarixi abidələrimizin amansızcasına dağıdılması, təbii sərvətlərimizin talan edilməsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, tarixi reallıqların lentə alınaraq əbədiləşdirilməsi məqsədilə ən çətin şəraitdə çalışarkən həlak olmuş jurnalist həmkarlarımızın vəfatından kədərləndiyimizi bildirir, ailələrinə başsağlığı verir, Allahdan onların əzizlərinə və doğmalarına səbr diləyirik”, – bəyanatda qeyd edilib.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Medianın İnkişafı Agentliyi müsabiqə elan etdi
08/06/2021
Medianın İnkişafı Agentliyi bəyanat yaydı
04/06/2021
ATV-nin eks direktoruna “Space”də yüksək VƏZİFƏ VERİLİR
03/06/2021
Tanınmış jurnalist 15 ildən sonra yenidən televiziyada – FOTO
01/06/2021
Xəbər saytlarına da pul ayrılacaq
01/06/2021
Xəzər TV: Kütləvi ixtisarların başlaması barədə məlumatlar həqiqəti əks etdirmir
28/05/2021
Azərbaycanda məşhur aparıcı RADİOYA qayıtdı – ‘Dünyanın yeddinci qatındayam”
24/05/2021
Aparıcıya AMEA-da vəzifə verildi
19/05/2021
Bəzi kanallar batır: savadsızlıq, süni davranış… – Millət vəkili
12/05/2021
Türkiyə çempionatının qalibi son turda bəlli olacaq
11/05/2021
“Space”ə yeni rəhbər təyin olundu
05/05/2021
“Space”də yoxlamalar başladı – Vaqif Mustafayevin dövrü araşdırılır
14/04/2021
Tanınmış aparıcı xəstəxanaya yerləşdirildi
08/04/2021
İcra başçısının junalistə qarşı iddiası icraata götürüldü
02/04/2021
Real TV-nin 3 yaşı oldu
15/03/2021