> <
MEDİA Agentliyindən tenderlə bağlı məlumatlara – Cavab | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4238 - dəfə oxunub

MEDİA Agentliyindən tenderlə bağlı məlumatlara – Cavab

Spread the love

Medianın İnkişafı Agentliyi 79 min manat vəsaitin tendersiz xərclənməsi barədə iddialara münasibət bildirib.
Kivnews.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatda qeyd olunurdu ki, Medianın İnkişafı Agentliyi 9-11 aprel 2021-ci il tarixlərində Bakı şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısının, habelə Şuranın media və informasiya sahəsində əməkdaşlıq üzrə işçi qrupunun 8-ci iclasının təşkili ilə bağlı “Sinergi Partnerşip” MMC-yə 78 min 927 manat 61 qəpik ödəyib.

İddiaya görə, araşdırma zamanı belə bir tenderin ümumiyyətlə keçirilmədiyi məlum olub. Qanuna görə isə ehtimal olunan qiyməti 50 min manat və daha çox olan bütün dövlət satınalmaları tender vasitəsilə həyata keçirilməlidir.

Medianın İnkişafı Agentliyi açıqlama yayaraq məsələyə münasibət bildirib.

Agentliyin açıqlamasında qeyd edilib ki, “Dövlət satınalmaları haqqında” qanununa əsasən dövlət satınalmaları tətbiq şərtlərindən asılı olaraq müxtəlif metodlarla həyata keçirilə bilər:

“Tender, təkliflər və kotirovka sorğusu kimi bir mənbədən satınalma da qanunla müəyyənləşdirilən metodlardan biridir. Belə ki, təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda həmin təşkilatın qeyd olunan metoddan istifadə etmək hüququ vardır.

​Beləliklə, MEDİA Agentliyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin və müşahidəçi dövlətin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin III toplantısının, habelə Şuranın media və informasiya sahəsində əməkdaşlıq üzrə işçi qrupunun VIII iclasının 09-11 aprel 2021-ci il tarixlərində Bakı şəhərində keçirilməsinin təşkili məqsədilə istinad olunan hüququndan istifadə edib.

Yaşadığımız tarixi mərhələdə xüsusi əhəmiyyət kəsb edən beynəlxalq səviyyəli tədbir həm yerli, həm də xarici mediada geniş işıqlandırılıb.

Təəssüflə qeyd etmək istərdik ki, cəmiyyətdə baş verən hadisələrin mediada ədalətli, balanslı, obyektiv və qərəzsiz işıqlandırılması jurnalistikanın ən başlıca vəzifələrindən olsa da, peşəkar və məsuliyyətli jurnalistikanın formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bir sıra media nümayəndələri tərəfindən hələ də tam mənimsənilməyib.

İnanırıq ki, media sahəsində həyata keçirilən və Agentliyin də əsas tərkib hissəsi olduğu islahatlar yaxın gələcəkdə öz bəhrəsini verəcək və ali məqsədi həqiqəti yaymaq, əsas peşəkarlıq meyarı isə obyektivlik olan keyfiyyətli jurnalistikanın əhatə dairəsi daha da genişlənəcək”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
İlham Əliyev İranın yeni prezidentini təbrik etdi
19/06/2021
Şuşada 20 raket, 7 mindən çox patron tapıldı
19/06/2021
66 yaşlı kişi ilə 48 yaşlı qadın aylardır itkin düşüb – Foto
19/06/2021
“Sosial media saxta xəbərləri böyüdür” – Hikmət Hacıyev
18/06/2021
Aslan İsmayılov: “Əbülfəz Elçibəyə Etibar Məmmədov kimilərinin dil uzatması həyasızlıqdır”
18/06/2021
Prezidentlə xanımı Bakıda hotel açılışında – Fotolar + Video
18/06/2021
Nazilə Səfərli polisə çağırıldı
18/06/2021
Paşinyan yenə hiddətləndi – Xalq ondan üz döndərib
18/06/2021
Azərbaycanda Türkiyə hərbi bazası yaradılır? – Lavrovdan reaksiya
18/06/2021
Əhməd Əhmədova hökm oxundu – 11 il cəza
18/06/2021
Van Dammın azərbaycanlı qudası polkovnik imiş
18/06/2021
Emin Əmrullayev tələbələrə veriləcək kreditlərdən DANIŞDI
18/06/2021
Kəlbəcərdə göldə boğulan kapitanın axtarışları davam edir
18/06/2021
Nura Surinin oğlu qəzaya düşdü – Fotolar + Video
18/06/2021
İlham Əliyevdən hərbi çağırışla bağlı SƏRƏNCAM
17/06/2021