> <
Məscidlərdə ibadət belə olacaq? – 100-ə yaxın insan, 1 metr ara məsafəsi | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4233 - dəfə oxunub

Məscidlərdə ibadət belə olacaq? – 100-ə yaxın insan, 1 metr ara məsafəsi

Spread the love

“Sosial məsafə saxlamaq, maska taxmaq və digər gigiyenik qaydalara əməl etmək şərtilə ibadət yerləri iyunun 10-dan etibarən fəaliyyətə başlayacaq. Artıq bununla bağlı məscidlərdə təmizlik işlərinə start verilib”.

Kivnews.com xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədli deyib. O, Operativ Qərargahın bugünkü brifinqdə ibadət yerlərinin açılması ilə bağlı son qərarını alqışladığını bildirib:

“Bu, çox sevindirici haldır ki, bir ildən artıq müddətə bağlı olan ibadət yerləri açıldı. Hər bir inanclı insan bunu gözləyirdi. Bu, bir daha dualarımızın Allah tərəfindən qəbul olunmasıdır. Məscidlərimiz insanların duaları, nəfəsi üçün darıxmışdı. Artıq ibadət yerlərində ölkəmiz, xalqımız üçün dualar edəcəyik. Allah-təala dövlətimizi çiçəkləndirsin, dövlətimizi qorusun”.

Hacı Surxay Məmmədli həmçinin qeyd edib ki, məscidlərdə ibadət edənlər arasında 1 metr ara məsafəsi saxlanılacaq:

“Gigiyenik qaydalara əməl olunma şərti ilə ibadət yerləri açılacaq, ara məsafəsi saxlanılacaq, maskadan istifadə olunacaq. İçərişəhər Cümə Məscidində 400 insan ibadət edib namaz qılırdısa, indi 100-ə yaxın insan ara məsafəsini 1 metr saxlamaqla dini ayinləri yerinə yetirəcəklər”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Müdafiə Nazirliyi mina xəritələri barədə məlumatlara aydınlıq gətirdi
20/06/2021
İranın yeni prezidenti kimdir? – İbrahim Rəisi Xameneyidən sonra ali dini lider ola bilər
19/06/2021
MEDİA ilə ADA Universitetinin təşkil etdiyi silsilə seminarlara üçüncü qrup media nümayəndələri qoşuldular — FOTOLAR
18/06/2021
İranda prezident seçkiləridir – Qutudan kim çıxacaq?
18/06/2021
DTX Ukraynada əməliyyat keçirdi – Video
18/06/2021
“Xarı Bülbül” hotelinin bağçasında bir fincan qəhvə… – FOTO
18/06/2021
Vətən müharibəsində şəhid olan tibb işçiləri – 9 həkim, 7 feldşer, 26 sanitar
17/06/2021
DSX-nin həlak olan hərbçilərinə şəhid statusu veriləcək
17/06/2021
Ərdoğan azərbaycanlı məcburi köçkünlərə çağırış etdi
16/06/2021
“Bütün dünya bilsin ki, Azərbaycanın yanında olacağıq”
16/06/2021
Rəsmi Bakı: “Prezidentlərin Şuşaya səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil”
16/06/2021
Ərdoğan: Qarabağ sahiblərinə qovuşdu və erməni zülmündən, işğalından azad edildi
15/06/2021
Cıdır düzündən möhtəşəm görüntülər – Video
15/06/2021
Prezidentlərin çıxışlarının – Tam mətni + Yenilənib
15/06/2021
Prezidentlər Şuşada musiqili kompozisiya izlədi – Video + Fotolar
15/06/2021