> <
Londondakı səfirliyimizə hücumla bağlı cinayət işi başlanıldı | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
42268 - dəfə oxunub

Londondakı səfirliyimizə hücumla bağlı cinayət işi başlanıldı

Spread the love

Avqustun 4-də bir çox yerli və xarici media resurslarında Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinin inzibati binasına radikal dini qruplaşmanın hücum etməsini əks etdirən görüntülər yayılıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qeyd edilən faktla bağlı dərhal başlanmış ilkin araşdırmalarla şəxsiyyətləri məlum olmayan qabaqcadan əlbir olan bir qrup radikal dəstənin beynəlxalq münasibətləri gərginləşdirmək məqsədi ilə “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” 14 dekabr 1973-cü il tarixli Beynəlxalq Konvensiyasının tələblərinə zidd olaraq qeyd edilən tarixdə yerli vaxtla saat 16-17 radələrində London şəhəri, 4 Kensinqton Court W8 5DL ünvanında yerləşən Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinin inzibati binasına hücum etməklə əmlakı qəsdən zədələmələrinə, binanın eyvanına qalxaraq dövlət rəmzi olan Azərbaycan bayrağını yerə atmaqla təhqiredici hərəkətlər etmələrinə, daha sonra özləri ilə gətirdikləri bayraq və plakatları eyvandan asıb, boyalar vasitəsi ilə inzibati binanın divarlarına müxtəlif məzmunlu dini şüarlar yazmalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş prokuror tərəfindən Cinayət Məcəlləsinin 12.3, 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 12.3, 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 12.3, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Baş Prokurorluq tərəfindən həmin cinayət işi üzrə istintaqın Böyük Britaniyanın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılması üçün hüquqi yardım haqqında vəsatətlə müraciət edilib.

Cinayət işi üzrə beynəlxalq norma və prinsiplərə uyğun olaraq hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri tədbirlər görülür.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Azərbaycan daha 17 erməni hərbçini təhvil verdi – Siyahı+Yenilənib
04/10/2022
ABŞ mətbuatı Azərbaycan Prezidentinin Laçın şəhərinə səfərindən yazıb
04/10/2022
Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməli qoyuldu
04/10/2022
Türkiyə-Azərbaycan xüsusi təyinatlılarının birgə təlimi başladı – FOTO
04/10/2022
Xıdırlı kəndinin təməli qoyuldu
04/10/2022
Bakıda şagirdin bullinqə məruz qaldığı məktəbə valideynlər axın etdilər – YENİLƏNİB + VİDEO
04/10/2022
Putinin qatarı yola düşdü: İçindəkilələrlə bağlı iddia avropanı təşvişə saldı
04/10/2022
AMEA-da kütləvi İXTİSAR: İşçilərin böyük hissəsi işdən çıxarıldı
04/10/2022
Məşhur general vəzifəsindən azad edildi – Yeni Təyinatlar
04/10/2022
Ərdoğan Paşinyanla bu məsələləri müzakirə edəcək
04/10/2022
Rəsmi Bakıdan Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına SƏRT REAKSİYA
04/10/2022
“Respublikanski”də ana və yeni doğulmuş körpəsi öldü
04/10/2022
Azərbaycan Fransa hökumətindən təzminat tələb edir
03/10/2022
Azərbaycanlı deputatın oğlu Türkiyədə oğurlandı – Yenilənib
03/10/2022
Səfir: “İki həftə ərzində Ərdoğanın Azərbaycana səfəri gözlənilir”
03/10/2022