> <
Köçkünlərin evləri kimə qalacaq? – Komitə sədri | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4225 - dəfə oxunub

Köçkünlərin evləri kimə qalacaq? – Komitə sədri

Spread the love

“Tam əminliklə deyə bilərəm ki, məcburi köçkünlərin böyük əksəriyyəti vaxtilə özlərinin və ya valideyinlərinin yaşadıqları şəhərlərə və kəndlərə qayıtmağa hazırdır”.

Kivnews.com xəbər verir ki, bu barədə Qaçqın və Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin rəhbəri Rövşən Rzayev Haqqın.az-a müsahibəsində bildirib.

O deyib ki, Prezidentin sərəncamına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun və mənzil fondunun bərpası üçün işlər tam gücü ilə davam edir. Bu işə böyük həcmdə vəsait ayrılıb, xüsusi qərargah yaradılıb və həmin qərargah bütün bu irimiqyaslı işləri nizamlayır.

“Həmin kateqoriyadan olan vətəndaşlar arasında, o cümlədən bizim Komitə tərəfindən aparılan sosioloji rəy sorğuları göstərir ki, onların əksəriyyəti əcdadlarının yaşadıqları torpaqlara geri qayıdacaqlarına ümidlərini heç vaxt üzməyiblər. Və mən inanıram ki, onların arzuları yerinə yetiriləcək və hər birinə o torpaqlarda layiqli həyat şəraiti yaradılacaq”, – Rövşən Rzayev belə deyib.

Bəlli olduğu kimi, işğaldan azad edilmiş şəhər və kəndlərin böyük əksəriyyəti viranəlikdən ibarətdir, düşmən bu yaşayış məntəqələrini yer üzündən silib. Bununla belə bəzi şəhər və kəndlər var ki, orada evlər salamatdır.

Bəs onillər keçəndən sonra azad edilmiş ərazilərdəki bu və ya digər evin sahibləri öz mülkiyyət hüquqlarını necə təmin edəcəklər? Bunun üçün sənədləri hara təqdim etmək lazımdır?

Qaçqınkom rəhbəri bildirib ki, komitənin elektron məlumat bazasında məcburi köçkünlər və onların ailə üzvləri barədə bütün informasiyalar var. Həmin informasiyalar müvafiq rayonların icra hakimiyyətlərində də toplanıb.

“Biz müntəzəm olaraq əlimizdə olan informasiyaları yoxlayırıq. Ona görə də dövlət bilir ki, azad olunmuş torpaqlarda kimin hansı mülkiyyəti olub. Yəni məcburi köçkünlərin qoyub gəldikləri mülkiyyətlə bağlı problem yaranmalı deyil. Amma məcburi köçkünlərin mülkiyyət hüquqlarının bərpası bu günün, ola bilsin, sabahın məsələsi deyil. Böyük qayıdış proqramının həyata keçirilməsi üçün vaxt lazımdır. Amma bu, hökmən baş verəcək”, – R.Rzayev qeyd edib.

O, azərbaycanlıların Xankəndiyə, Xocalıya və hazırda Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər ərazilərə qayıtmasının “zaman məsələsi” olduğunu bildirib. Deyib ki, bu istiqamətdə böyük və ciddi iş aparılır.

R.Rzayev onu da deyib ki, hazırda Qaçqınkomun balansında ölkə rəhbərliyinin sərəncamları ilə inşa edilmiş 115 qəsəbə var. Məcburi köçkünlər həmin qəsəbələrdə müvafiq müqavilələr əsasında yaşayırlar, müqavilələrdə bütün şərtlər gösərilib.

Qeyd olunub ki, bunlar dövlət tərəfindən verilmiş müvəqqəti yaşayış sahələridir və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasından sonra həmin müqavilələr qüvvəsini itirəcək. Mənzillər isə digər dövlət strukturlarının balansına veriləcək.

“Hesab edirəm ki, həmin mənzil fondunun taleyini dövlət özü həll edəcək”, – o bildirib.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Müdafiə Nazirliyi mina xəritələri barədə məlumatlara aydınlıq gətirdi
20/06/2021
İranın yeni prezidenti kimdir? – İbrahim Rəisi Xameneyidən sonra ali dini lider ola bilər
19/06/2021
MEDİA ilə ADA Universitetinin təşkil etdiyi silsilə seminarlara üçüncü qrup media nümayəndələri qoşuldular — FOTOLAR
18/06/2021
İranda prezident seçkiləridir – Qutudan kim çıxacaq?
18/06/2021
DTX Ukraynada əməliyyat keçirdi – Video
18/06/2021
“Xarı Bülbül” hotelinin bağçasında bir fincan qəhvə… – FOTO
18/06/2021
Vətən müharibəsində şəhid olan tibb işçiləri – 9 həkim, 7 feldşer, 26 sanitar
17/06/2021
DSX-nin həlak olan hərbçilərinə şəhid statusu veriləcək
17/06/2021
Ərdoğan azərbaycanlı məcburi köçkünlərə çağırış etdi
16/06/2021
“Bütün dünya bilsin ki, Azərbaycanın yanında olacağıq”
16/06/2021
Rəsmi Bakı: “Prezidentlərin Şuşaya səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil”
16/06/2021
Ərdoğan: Qarabağ sahiblərinə qovuşdu və erməni zülmündən, işğalından azad edildi
15/06/2021
Cıdır düzündən möhtəşəm görüntülər – Video
15/06/2021
Prezidentlərin çıxışlarının – Tam mətni + Yenilənib
15/06/2021
Prezidentlər Şuşada musiqili kompozisiya izlədi – Video + Fotolar
15/06/2021