> <
“Klinikada anamın bağırsağını deşib mikrob saldılar” – Açıqlama | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4233 - dəfə oxunub

“Klinikada anamın bağırsağını deşib mikrob saldılar” – Açıqlama

Spread the love

Bakıda klinikada əməliyyat olunan xəstənin vəziyyəti ağırlaşıb. Ailəsi bunun həkim səhvi ucbatından olduğunu bildirsə də, qarşı tərəf xəstənin klinikaya külli miqdarda borcu olduğu üçün bu iddianı uydurduğunu deyir.

Vətəndaş Eren Xuçinayeva “Qafqazinfo”ya müraciət edərək bildirib ki, anası, Rusiya vətəndaşı Xuçinayeva Fatimə Əli qızı 2021-ci il fevralın 15-də “EGE Hospital”da bağırsaq keçməzliyindən əməliyyat olunub.

Onun sözlərinə görə, əməliyyat zamanı həkimlər anasının bağırsağını deşib və klebsiella mikrobu salıblar. Bundan sonra F.Xuçinayevanın vəziyyəti ağırlaşıb və dörd aydır ki, müalicə olunsa da, sağalmır. O iddia edib ki, hospitalın əməkdaşları bir neçə gün öncə F. Xuçinayevanı bütün öhdəlikləri öz üzərinə götürdüyünə və heç bir narazılığı olmadığına dair müqavilə imzalatdırmağa cəhd ediblər.

“Qafqazinfo” iddialara münasibət öyrənmək üçün “EGE Hospital”a müraciət edib.

Klinikadan bildirilib ki, qeyd olunan xəstə bağırsaq keçməzliyi ilə daxil olub və əməliyyat olunub: “Əməliyyatdan sonra xəstə ağırlaşıb, hazırda xəstəxanada yatır. Onun ağırlaşmasının səbəbi xəstədə anadangəlmə bağırsaq anomaliyasının olmasıdır.

Bağırsaq əməliyyatlarından sonra klebsiella infeksiyalarının aşkarlanması gözlənilən haldır. Xəstəxanada icra olunan əməliyyat sayını nəzərə alsaq sparadik şəkildə hər hansı bir xəstədə belə bir infeksiyanın aşkarlanması infeksiyanın xəstəxana tərəfindən yoluxdurulmasını isbatlamır”.

Klinikanın cavabında qeyd edilib ki, xəstəyə müqavilə imzalatdırmağa çalışmayıblar: “Bu iddia xəstə yaxını tərəfindən uydurulub. Xəstəlik tarixinin içərisindən F.Xuçinayeva ilə xəstəxana arasında bağlanmış müqavilə müəmmalı şəkildə itib. Xəstənin vəziyyəti ilə əlaqədar onun yaxınına xəstənin yanına sərbəst şəkildə keçməsinə icazə verilib. Xəstəlik tarixindən müqavilə bundan sonra itib. Onun xəstəxanaya külli miqdarda borcu var. F.Xuçinayevanın yaxını ödəniş etməkdən imtina etmək üçün belə problemlər yaradır”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Acun da futbolu Bakıda izləyib – Fotolar
17/06/2021
Laçında iki hərbi qulluqçumuz həlak oldu – Rəsmi
16/06/2021
İlham Əliyev Zirvə toplantısında çıxış etdi
16/06/2021
“Bərabər yeni bir Qarabağ quracağıq”
16/06/2021
Yeraltı və yerüstü keçidlərdə maska taxmaq məcburidir – DİN-dən açıqlama
16/06/2021
Vilayət Eyvazov məşhur DYP rəisini İŞDƏN ÇIXARDI
16/06/2021
“Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir”-Petrosyan
16/06/2021
İbrahim İbrahimli vəfat etdi
16/06/2021
Şuşa bəyannamə yeni dirilişin müjdəsidir!
15/06/2021
Prezident: Erməni ordusu tam məhv edildi!
15/06/2021
“Əziz qardaşıma Füzulinin dağılmış mənzərəsini göstərdim”
15/06/2021
Prezidentlə xanımı “Anadolu”nun obyektivində – Fotolar
15/06/2021
Səlcuq Bayraktar: “Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik”
15/06/2021
Yeni təyin olunan nazir müavini kimdir? – DOSYE
15/06/2021
Mehriban Əliyevadan bayram təbriki – FOTO
15/06/2021