> <
Kəlbəcərdə minaya düşərək şəhid olan vəzifəli şəxs sabah dəfn ediləcək | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4225 - dəfə oxunub

Kəlbəcərdə minaya düşərək şəhid olan vəzifəli şəxs sabah dəfn ediləcək

Spread the love

Media nümayəndələri ilə birgə minaya düşərək şəhid olan Kəlbəcər Rayon Icra Hakimiyyətinin Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev sabah dəfn ediləcək.

Bu barədə "Report"un Qərb Mərkəzinə Kəlbəcər Rayon Icra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Kəlbəcər rayonunun Susuzluq kənd sakini, 1983-cü il təvəllüdlü Arif Ağalar oğlu Əliyev 2012-ci ildən bu vəzifədə çalışıb.

"Susuzluq kəndinin bir çox sakinləri kimi, onun da ailəsi müvəqqəti olaraq Göygöl rayonunun Xasabağ kəndində məskunlaşıb. Üç övladı var. Sabah dəfn ediləcək", – İcra Hakimiyyətindən qeyd olunub.

Qeyd edək ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu "Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
İlham Əliyevdən hərbi çağırışla bağlı SƏRƏNCAM
17/06/2021
Ərdoğan Qarabağ zəfəri barədə: “Dünyaya verəcəyi faydanın dəyəri zaman ötdükcə daha yaxşı anlaşılacaq”
17/06/2021
Acun da futbolu Bakıda izləyib – Fotolar
17/06/2021
Laçında iki hərbi qulluqçumuz həlak oldu – Rəsmi
16/06/2021
İlham Əliyev Zirvə toplantısında çıxış etdi
16/06/2021
“Bərabər yeni bir Qarabağ quracağıq”
16/06/2021
Yeraltı və yerüstü keçidlərdə maska taxmaq məcburidir – DİN-dən açıqlama
16/06/2021
Vilayət Eyvazov məşhur DYP rəisini İŞDƏN ÇIXARDI
16/06/2021
“Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir”-Petrosyan
16/06/2021
İbrahim İbrahimli vəfat etdi
16/06/2021
Şuşa bəyannamə yeni dirilişin müjdəsidir!
15/06/2021
Prezident: Erməni ordusu tam məhv edildi!
15/06/2021
“Əziz qardaşıma Füzulinin dağılmış mənzərəsini göstərdim”
15/06/2021
Prezidentlə xanımı “Anadolu”nun obyektivində – Fotolar
15/06/2021
Səlcuq Bayraktar: “Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik”
15/06/2021