> <
Jurnalistlərin Həmkarlar İttifaqından beynəlxalq təşkilatlara müraciət | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4223 - dəfə oxunub

Jurnalistlərin Həmkarlar İttifaqından beynəlxalq təşkilatlara müraciət

Spread the love

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) xidməti fəaliyyətini yerinə yetirərkən həlak olan jurnalistlərlə bağlı  beynəlxalq təşkilatlara müraciət edib.

Müraciətdə deyilir:

“Təəssüf hissi ilə bildiririk ki, 2021-ci il iyun ayının 4-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (“AZƏRTAC”) müxbiri Məhərrəm İbrahimov və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) operatoru Sirac Abışov peşə fəaliyyətlərini yerinə yetirərkən həlak olublar. Hadisə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda, Ermənistan işğalından yenicə azad edilmiş ərazidə mina partlayışı səbəbindən baş verib. 

Məlumat üçün bildiririk ki, İkinci Qarabağ Müharibəsinin başa çatmasından, Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən 10 noyabr 2020-ci il tarixdə üçtərəfli bəyanatın imzalanmasından sonra bənzər təxribat halları dəfələrlə baş verib. Ermənistan tərəfindən vaxtilə ərazidə yerləşdirilmiş müxtəlif növ minalar və digər partlayıcı qurğular indiyədək onlarla insanın həyatına son qoyub, yaralanmalarına səbəb olub. Məhərrəm İbrahimovun və Sirac Abışovun həyatlarını itirmələri ilə nəticələnmiş faciəli hadisə minalanmış ərazilər probleminin jurnalist fəaliyyətinə də maneçilik törətdiyinin, məhdudiyyət yaratdığının, peşəni əsl təhlükəyə çevirdiyinin bariz göstəricisidir. Nəzərə alaq ki, hər iki media orqanının əməkdaşı Kəlbəcər rayonuna məhz xidməti vəzifələrini həyata keçirmək üçün getmişdilər. 

Ermənistan Respublikası minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. Bu, nəinki həmin ərazilərdə jurnalist yaradıcılığını məhdudlaşdırır, eyni zamanda Ermənistanın işğalı nəticəsində zorla doğma yurdlarından ayrı düşmüş məcburi köçkün ailələrinin geri qaytarılmasına da imkan vermir. Beləliklə həm cəmiyyətin informasiya ilə təminatı, həm də insanların öz evlərində yaşamaq hüququ pozulur. 

Jurnalistlərin Həmkarlar İttifaqı Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) operatoru Sirac Abışovun həyatlarını itirmələri ilə nəticələnmiş faciəli hadisədən bir daha kədərləndiyini  bildirir.  

Biz jurnalistlər Ermənistanın insan hüquq və azadlıqlarına zidd əməlindən əl çəkməsini, minalı ərazilər üzrə xəritələri təqdim etməsini istəyirik. 

Biz xaricdəki həmkarlarımızı bu fakta ciddi reaksiya verməyə, Ermənistan Respublikasına minalanmış ərazilərin xəritələrini vermək üçün təzyiq göstərməyə çağırırıq”.

Qeyd edək ki, müraciət Beynəlxalq Jurnalistlər Federasiyası (İFJ),  Beynəlxalq Söz Azadlığı Mübadiləsi (İFEX), “Sərhədsiz Reportyorlar” (RSF), Jurnalistləri Müdafiə Komitəsi (CPJ), ARTICLE 19, Beynəlxalq Media Dəstəyi (İMS), Beynəlxalq Mətbuat İnstitutu (İPİ) və Avropa Jurnalistlər Federasiyasına (EFJ) ünvanlanıb.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Çavuşoğludan Ermənistandakı seçkilərin bölgəyə təsiri ilə bağlı – Açıqlama
20/06/2021
Əli Nağıyev və Vilayət Eyvazov vəzifələrinin öhdəsindən yüksək peşəkarlıqla gəliblər — RƏYLƏR
20/06/2021
Müdafiə Nazirliyi mina xəritələri barədə məlumatlara aydınlıq gətirdi
20/06/2021
İranın yeni prezidenti kimdir? – İbrahim Rəisi Xameneyidən sonra ali dini lider ola bilər
19/06/2021
MEDİA ilə ADA Universitetinin təşkil etdiyi silsilə seminarlara üçüncü qrup media nümayəndələri qoşuldular — FOTOLAR
18/06/2021
İranda prezident seçkiləridir – Qutudan kim çıxacaq?
18/06/2021
DTX Ukraynada əməliyyat keçirdi – Video
18/06/2021
“Xarı Bülbül” hotelinin bağçasında bir fincan qəhvə… – FOTO
18/06/2021
Vətən müharibəsində şəhid olan tibb işçiləri – 9 həkim, 7 feldşer, 26 sanitar
17/06/2021
DSX-nin həlak olan hərbçilərinə şəhid statusu veriləcək
17/06/2021
Ərdoğan azərbaycanlı məcburi köçkünlərə çağırış etdi
16/06/2021
“Bütün dünya bilsin ki, Azərbaycanın yanında olacağıq”
16/06/2021
Rəsmi Bakı: “Prezidentlərin Şuşaya səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil”
16/06/2021
Ərdoğan: Qarabağ sahiblərinə qovuşdu və erməni zülmündən, işğalından azad edildi
15/06/2021
Cıdır düzündən möhtəşəm görüntülər – Video
15/06/2021