> <
#Yazı Title | #Site Title
Baş səhifə
Əlaqə
Məzənnə:
4220 - dəfə oxunub

İtkin düşmüş daha 2 hərbçimizin nəşi tapıldı – RƏSMİ

Spread the love

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşmüş daha 2 hərbi qulluqçusunun meyiti tapılıb.
Bu barədə Kivnews.com-a Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətlərinin müəyyən olunmaqla doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilmiş, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

“Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə intensiv həyata kecirilmiş əmaliyyat-istintaq tədbirləri, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə aparılan müntəzəm iş nəticəsində itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması, şəxsiyyətlərinin müəyyən olunaraq meyitlərinin aidiyyəti üzrə təhvil verilməsi təmin olunub.

Bundan əvvəl verilən məlumatlara əlavə olaraq bildirilir ki, itkin düşmüş daha iki hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Həsrətov Elməddin Sərdar oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Yunisli Elşən Fazil oğlunun meyitləri tapılaraq, şəxsiyyətləri müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik”, – Mətbuat xidmətindən bildirilib.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Ölkəyə külli miqdarda narkotik gətirmək istəyən sərhəd pozucuları saxlanılıb – FOTO
03/08/2021
Milli Məclis polisi döyən deputatla bağlı qərar verdi
02/08/2021
Vaqif Axundovun bacısı oğlu ev dustaqlığına buraxıldı
02/08/2021
Tağı Əhmədov ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi
02/08/2021
Penitensiar Xidmətdən Əlizamin Salayevlə bağlı açıqlama
02/08/2021
Nazir müavini yanğınla bağlı Türkiyəyə getdi
02/08/2021
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu
02/08/2021
İlham Əliyev Xalq artistinə ev hədiyyə etdi
01/08/2021
Lalə Azərtaş bu çıxışı ilə Türkiyədə gündəm oldu – VİDEO
01/08/2021
Türkiyədə yanğınlarla bağlı son vəziyyət açıqlandı
01/08/2021
Flora Kərimova Prezidentə hərbi salam verdi – “Sizi sevirəm, oğul”
31/07/2021
Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU
31/07/2021
İlham Əliyevdən Flora Kərimovayla bağlı iki SƏRƏNCAM
31/07/2021
Nadir Şəfiyevin AzTV əməkdaşını şantaj edən oğluna 7 il həbs verildi
31/07/2021
Kəmaləddin Heydərov “Topçu Vüsal”a iş verdi – Bu nazir də işə dəvət edibmiş
31/07/2021