> <
#Yazı Title | #Site Title
Baş səhifə
Əlaqə
Məzənnə:
4223 - dəfə oxunub

İlham Əliyev mina xəritələrindən danışdı

Spread the love

“Biz azad olunmuş ərazilərdə yenidənqurma işlərinə artıq başlamışıq. Orada müasir şəhərsalma planlaşdırılması həyata keçirilir. Azad edilmiş ərazilər yaşıl enerji zonası olacaq”.

Bunu Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı Prezident İlham Əliyev deyib.

Dövlət başçısı əminliyini ifadə edib ki, Azərbaycan transformasiyanın nadir təcrübəsini nümayiş etdirərək, Lüksemburqun ərazisindən dörd dəfə böyük olan dağıdılmış ərazini yüksək yaşayış standartlarına malik firavanlıq məkanına çevirəcək:

“Mən bu yaxınlarda ölkənin növbəti onillik üçün sosial-iqtisadi inkişafına dair beş milli prioritet müəyyən etmişəm. Digər məsələlərlə yanaşı, yüz minlərlə məcburi köçkünün doğma yurdlarına ləyaqətli və təhlükəsiz qayıdışı əsas prioritetimizdir.

Lakin əsas çətinlik Ermənistan tərəfindən basdırılmış çoxsaylı minalardır. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra mina partlaması nəticəsində 30-a yaxın Azərbaycan vətəndaşı həlak olub, 100 nəfərdən çox insan isə yaralanıb.

Bundan əlavə, minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir.

Belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir. Ermənistan mina xəritələrini verməkdən boyun qaçırır. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş bütün ərazilərin mina xəritələrini Azərbaycana versin.

Sonda sizi bir daha əmin etmək istəyirəm ki, Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artırılmasına töhfə verilməsi, Hərəkat çərçivəsində həmrəyliyin gücləndirilməsi, ədalət və beynəlxalq hüququn müdafiəsi sahəsində əlindən gələni əsirgəməyəcək”.

 

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Azərbaycanlı yanğınsöndürənlərin bayraq sevgisi Türkiyə mediasında – FOTO
03/08/2021
“İnfiniti” klub bu görüntülərə görə 4 min manat cərimələndi – VİDEO
03/08/2021
“Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? – DETALLAR
02/08/2021
Bərdədə azyaşlı qızı zorlayan şəxs həbs edilib – DİN-dən açıqlama
02/08/2021
Zakir Həsənov ordu rəhbərliyini topladı, əmr verdi
02/08/2021
Türkiyədə meşə yanğınlarını törədən “Atəşin uşaqları” adlı terrorçular kimlərdir? – FOTO
02/08/2021
Polisi döyən Eldəniz Səlimov danışdı – Günahını etiraf etdi
01/08/2021
Ordumuz azad edilmiş əraziləri belə qoruyur – FOTO/VİDEO
01/08/2021
Deputatdan Jirinovskinin qalmaqallı çıxışına – Cavab
01/08/2021
Eldəniz Səlimovla bağlı spikerə müraciət – 53 deputat ona qarşıdır
31/07/2021
Sürücüsü Xanhüseyn Kazımlının maşınına yaxınlaşan azyaşlı qızı döydü
31/07/2021
Eldəniz Səlimovun toxunulmazlığına xitam verilsin – Baş Prokuror təqdimat göndərdi
31/07/2021
Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti qalxdı – RƏSMİ
31/07/2021
Qarabağın və Şərqi Zəngəzurun ümumi planı hazırlanır
30/07/2021
Deputatın polisi döyməsiylə bağlı yeni açıqlama: “Mənim maşınımda gedib”
30/07/2021