> <
#Yazı Title | #Site Title
Baş səhifə
Əlaqə
Məzənnə:
4225 - dəfə oxunub

İlham Əliyev İranın yeni prezidentini təbrik etdi

Spread the love

Prezident İlham Əliyev İran İslam Respublikasının yeni seçilmiş Prezidenti cənab Seyid İbrahim Rəisiyə təbrik məktubu ünvanlayıb.
Kivnews.com-un məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Rəisi,

İran İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası tarixən dini və mədəni köklərlə bağlı olduğu İran İslam Respublikası ilə münasibətlərə xüsusi əhəmiyyət verir. Strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrimizin mövcud vəziyyəti məmnunluq doğurur.

Ölkələrimiz arasında çoxsaylı qarşılıqlı səfərlər, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr, o cümlədən Dövlət Komissiyasının uğurlu fəaliyyəti qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafında mühüm rol oynayır. Azərbaycanın əzəli, tarixi torpaqlarının işğaldan azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədi tam bərpa edilmişdir. Bu yeni vəziyyət ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin daha da gücləndirilməsi və regional əməkdaşlığın inkişafı baxımından böyük imkanlar vəd edir.

İnanıram ki, qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost və qardaş İran xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Adam dəli olur, hər tərəfdə Azərbaycan bayrağı… – Erməni “deputat”
04/08/2021
Nazirlik Lənkərandakı yanğınla bağlı məlumat yaydı
03/08/2021
Eldəniz Səlimov məhkəməyə gətirildi –Fotolar+Video
03/08/2021
Ölkəyə külli miqdarda narkotik gətirmək istəyən sərhəd pozucuları saxlanılıb – FOTO
03/08/2021
Milli Məclis polisi döyən deputatla bağlı qərar verdi
02/08/2021
Vaqif Axundovun bacısı oğlu ev dustaqlığına buraxıldı
02/08/2021
Tağı Əhmədov ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi
02/08/2021
Penitensiar Xidmətdən Əlizamin Salayevlə bağlı açıqlama
02/08/2021
Nazir müavini yanğınla bağlı Türkiyəyə getdi
02/08/2021
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu
02/08/2021
İlham Əliyev Xalq artistinə ev hədiyyə etdi
01/08/2021
Lalə Azərtaş bu çıxışı ilə Türkiyədə gündəm oldu – VİDEO
01/08/2021
Türkiyədə yanğınlarla bağlı son vəziyyət açıqlandı
01/08/2021
Flora Kərimova Prezidentə hərbi salam verdi – “Sizi sevirəm, oğul”
31/07/2021
Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU
31/07/2021