> <
İlham Əliyev: “Açıq dənizə çıxışı olmamasına baxmayaraq, Azərbaycanı önəmli nəqliyyat mərkəzinə çevirdik” | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
42279 - dəfə oxunub

İlham Əliyev: “Açıq dənizə çıxışı olmamasına baxmayaraq, Azərbaycanı önəmli nəqliyyat mərkəzinə çevirdik”

Spread the love

“Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, biz Azərbaycanı önəmli nəqliyyat mərkəzinə çevirdik”.
Bunu Prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib.

Prezident qeyd edib:

“Biz, həmçinin nəqliyyat sektorunda əməkdaşlıq məsələlərini də müzakirə etdik. Mən düşünürəm ki, biznes dairələri üçün və bir-birinə o qədər də yaxın yerləşməyən ölkələrimiz arasında əməkdaşlıq üçün bu dayanıqlı nəqliyyat yollarının olması çox önəmlidir. Biz Azərbaycanda bunun üzərində uzun illər işləmişik və nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zəncirini yaratmışıq. Mən bunu regionun yeni nəqliyyat xəritəsi adlandırardım, Qafqazlarda, həmçinin Xəzər dənizi boyu və Asiyada. Coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq biz müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaratdıq. Biz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşirik. Həmçinin sizə deyə bilərəm ki, Azərbaycan şimaldan qərbə gedən yükləri də ötürür. Biz infrastruktura yatırımlar etdik. Lakin aydındır ki, qonşu ölkələrlə yaxşı işçi münasibətlər olmadan heç bir ölkə, xüsusilə də Azərbaycan kimi açıq dənizə çıxışı olmayan ölkə tranzit ölkəyə çevrilə bilməz. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, biz Azərbaycanı önəmli nəqliyyat mərkəzinə çevirdik. Azərbaycanın rolu mütləq şəkildə artacaq. Çünki bu yaxınlarda nəqliyyat infrastrukturumuzun necə istifadə edilməsi ilə bağlı qonşularımızdan çox sayda yeni təkliflər almışıq. Əlbəttə, əvvəlcə dediyim kimi, bu, Litva və Azərbaycandan olan biznes dairələrinin əməkdaşlığı və kommunikasiyanın ən yaxşı yollarının tapılması üçün çox önəmli olacaqdır”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
İlham Əliyev BP-nin baş icraçı direktorunu qəbul etdi
24/06/2022
ABŞ Senatı Rusiyanı terrorizmi himayə edən ölkələr siyahısına daxil etdi
24/06/2022
“Nüvə çamadanı” ilə bağlı ŞOK FAKTLAR: Çantadakı “qara kitab”…
23/06/2022
İlham Əliyev Özbəkistanın Ürgənc şəhərinə gedib
22/06/2022
Rossiya-1 Şuşadan reportaj hazırladı
20/06/2022
Ermənistanla sərhədi açmağa hazırıq, ancaq… – Hacıyev
17/06/2022
“Azərbaycan MDB-dən ayrılmalıdır” – Rusiyanın son təklifinə REAKSİYA
16/06/2022
İlham Əliyev Salome Zurabişvili ilə görüşdü
16/06/2022
Binəli Yıldırım Şuşadan Ermənistana çağırış etdi
15/06/2022
ABŞ diplomatı Bakıya nəyə gəlir?
11/06/2022
Lavrovdan Fərrux kəndi ilə bağlı açıqlama
09/06/2022
Ceyhun Bayramov: “Bu gün Avropa ölkələri müraciət edərək əlavə təbii qaz istəyirlər”
07/06/2022
Ermənistan yeni peyk icarəyə götürdü – Yerevanın hədəfi nədir?
07/06/2022
Paşinyan Rəisi ilə Brüssel görüşünü müzakirə etdi
02/06/2022
Prezident: “Azərbaycan bütün öhdəliklərini yerinə yetirən etibarlı ölkədir”
01/06/2022