> <
İki nəfərin ölümü ilə nəticələnən qəzaya səbəb maşınların ötüşməsi olubmuş | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4255 - dəfə oxunub

İki nəfərin ölümü ilə nəticələnən qəzaya səbəb maşınların ötüşməsi olubmuş

Spread the love

İki gün əvvəl Lənkəran rayonunda iki gəncin ölümü, daha bir nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzasının təfərrüatı məlum olub.
“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə vaxtı Səpnəkəran kənd sakini, 23 yaşlı Əliyev Fariz Ramiz oğlunun idarə etdiyi VAZ-2107 markalı 44-CF-979 dövlət qeydiyyat nişanlı avtomobil digər minik avomobili ilə ötüşüb.

Belə ki, taksi fəaliyyəti göstərən, 1999-cu il təvəllüdlü F.Əliyev digər taksi ilə Lənkəran istiqamətində, yolun Vel kəndindən keçən hissəsində ötüşərkən həmin avtomobil Farizin sürdüyü maşını sıxıb. Bu zaman saatda 130-140 kilometr sürətlə hərəkət edən avtomobillərin bir-birinə yüngül toxunması qəzaya səbəb olub. Nəticədə F.Əliyevin sürdüyü VAZ-2107 idarəetmədən çıxaraq Vel sakinlərindən birinin həyətinin dəmir darvazasına çırpılıb. Nəticədə sürücü və sərnişini Ruslan Hüseynzadə hadisə yerində ölüblər. Avtomobildə olan digər sərnişin Tərlan Rəhimov isə xəstəxanaya yerləşdirilib və vəziyyəti olduqca ağır qiymətləndirilir.

Bildirilir ki, qəzada vəfat edən sərnişin Ruslan Hüseynzadə şirkətlərin birində mühafizəçi işləyirmiş.

Hadisə şahidləri bildiriblər ki, qəzadan sonra tamamilə yararsız vəziyyətdə olan avtomobilin spidometri 130-un üstündə dayanıbmış və bu da kəndin daxilində avtomobillərin həddən artıq sürətlə hərəkət etdiyini göstərir.

O da bildirilib ki, qəzadan bir neçə saniyə əvvəl Vel kənd sakini öz evinin həyətinə daxil olub və az sonra avtomobil böyük zərblə onun həyət qapısına çırpılıb.

Qeyd edək ki, hadisə vaxtı F.Əliyevin maşını ilə ötüşən digər avtomobilin sürücüsü müəyyən edilib və həmin avtomobil cərimə meydançasına aparılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Məktəbdə şagird sinif yoldaşını döyüb videoya çəkdi –DİN-dən açıqlama
04/10/2022
Lənkəranda axundu məscidin həyətində bıçaqladılar
29/09/2022
Aeroportda faciəvi şəkildə ölən şəxs şöbə rəisinin oğlu imiş
27/09/2022
Yasamalda 40 nəfər narkotik dövriyyəsilə bağlı saxlanıldı – FOTO
24/09/2022
DİN-dən tanınmış aparıcıya hücumla bağlı AÇIQLAMA YENİLƏNDİ (VİDEO)
23/09/2022
Sumqayıtda zavodda bədbəxt hadisə – Ölən var
23/09/2022
Bakıda bahalı “Range Rover”lə ağır qəza törədən görün kimdir – FOTO
21/09/2022
Bakıda FACİƏ: 18 yaşlı qız binadan düşdü – FOTO
20/09/2022
Bakıda 1 yaşlı körpənin müəmmalı ölümü ilə bağlı dəhşətli faktlar – YENİLƏNDİ
12/09/2022
Masallıda ana və iki övladının öldüyü yanğının TƏFƏRRÜATI
07/09/2022
2 yaşlı körpə binanın 3-cü mərtəbəsindən yıxılaraq ÖLDÜ
06/09/2022
İstanbulda öldürülən azərbaycanlı kriminal avtoritetin – Fotosu
04/09/2022
Azərbaycanda dəhşətli qəza: Polis FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ – VİDEO
04/09/2022
Salyanda gecələr evlərə girərək insanları dəmirlə döyən şəxs saxlanıldı – Görün kimdir? RƏSMİ (FOTO)
29/08/2022
Bakıda 29 yaşlı qadın doğuşdan sonra öldü – FOTO
26/08/2022