> <
İki dövlət qurumu “olar” deyir, Suraxanı İH isə icazə vermir – Şəhid atası NARAZILIQ ETDİ | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4292 - dəfə oxunub

İki dövlət qurumu “olar” deyir, Suraxanı İH isə icazə vermir – Şəhid atası NARAZILIQ ETDİ

Spread the love

Vətən müharibəsi şəhidi İsabala Hüseynovun atası Ceyhun Hüseynov Suraxanı Rayon İcra Hakimiyyətindən şikayətçidir. 

Ceyhun Hüseynov  bildirib ki, onun Qaraçuxur qəsəbəsi ərazisində "butka" yerləşdirib alver etməsinə mane olunub:

"Oğlum şəhid olana qədər güzəranımız normal idi. Övladımın şəhadətindən sonra da Cənab Prezidentimiz və dövlətimiz sağ olsun, köməklik etdilər. Mənim "butka"m var idi. Onu götürdüm, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşdirib pirojki satmağa başladım. Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları isə gəlib dedilər ki, olmaz. "Butka"nı götürüb apardılar. Baxmayaraq ki, heç kimə mane olmurdum.

Vaxtıilə sözügedən məsələ ilə bağlı rayonun icra başçısı Əziz Əzizovun qəbuluna getmişdim. Əziz Əzizov bu məsələnin onun səlahiyyətində olmadığını bildirmişdi. Dedi ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə getməliyəm. Həmin Dövlət Komitəsinə getdim və orada mənə şifahi formada dedilər ki, narahat olma, get "butka"nı haraya istəyirsən qoy. Hər ehtimala qarşı Bakı Şəhər İcra Hakimiyyətinə də bu barədə məlumat verdim. Onlar da narahatçılığa əsas olmadığını bildirdilər. Bütün bunlara baxmayaraq, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları "butka"nı yerləşdirmək üçün icazə vermirlər", – deyə o əlavə edib.

Qeyd edək ki, Ceyhun Hüseynov Birinci Qarabağ müharibəsinin veteranıdır və 1-ci qrup əlildir.

Murad İbrahimli

"Unikal"

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Xocavənddə daha bir kütləvi məzarlıq aşkarlandı – Fotolar
04/10/2022
Mingəçevirdə narkotik əməliyyatı: 11 nəfər SAXLANILDI (FOTOLAR)
04/10/2022
Erməni diversantların Daşkəsənə basdırdığı minalar aşkar edildi – Foto
04/10/2022
Polis maşında qıcolma keçirən qadını belə xilas etdi – Video
02/10/2022
Prokurorluq Tərtərdə minaya düşənlərlə bağlı MƏLUMAT YAYDI
01/10/2022
Füzulidə iki nəfər minaya düşərək həlak olub – RƏSMİ
30/09/2022
25 yaşlı Nərmin dünyaya övlad gətirərkən komaya düşüb: Küvəzdə olan övladının ona ehtiyacı var – FOTO
29/09/2022
Bakıda küçədə yatan uşaqların valideynləri tapıldı
29/09/2022
Neyropsxioterapevt Nurana Kazımova və TADC bakanı psixoloq-Hakan Seyhan psixososial layihə…
27/09/2022
“Hər həftə duet oxuyuruq” – Şagirdi ilə videosu yayılan müəllim DANIŞDI
26/09/2022
TƏBİB sığınacaqdakı uşaqlar arasında yayılan dəri xəstəliyi barədə AÇIQLAMA verdi
24/09/2022
Videonu gəlin çəkib baldıza göndəribmiş…
24/09/2022
Azərbaycana payız gəldi
23/09/2022
Sakinlərin deputat Etibar Əliyevə müraciəti müsbət həll olundu – Suraxanıda daha bir küçə asfaltlandı
22/09/2022
Avtomobillərin qeydiyyatı və nömrələrlə bağlı yenilik
22/09/2022