> <
Hikmət Hacıyevin Brüssel səfəri: Bakının mövqeyi NATO-ya çatdırılır | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4219 - dəfə oxunub

Hikmət Hacıyevin Brüssel səfəri: Bakının mövqeyi NATO-ya çatdırılır

Spread the love

Azərbaycan-Ermənistan sərhədinin Qara göl ərazisində mövcud gərginlik Rusiya KİV-lərinin diqqət mərkəzindədir.
“Kommersant”ın xəbərinə görə, Azərbaycan prezidentinin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyev Brüsselə səfəri və NATO baş katibinin müavini Mirçe Coane ilə görüşnün də bu məsələ ilə bağlı ola biləcəyi güman edilir.
Həmin görüşün təfərrüatları açıqlanmayıb, ancaq azərbaycanlı politoloq, “Valday” Beynəlxalq Müzakirə Klubunun üzvü Fərhad Məmmədovun sözlərinə görə, bu, bölgədə münaqişədən sonrakı tənzimləməyə aiddir.

“Səfərin məqsədi, çox güman ki, rəsmi Bakının mövqeyini Şimali Atlantika blokuna çatdırmaq idi. Çünki bu blokda Türkiyə kimi Azərbaycana dost, Fransa, Lüksemburq və Kanada kimi ermənipərəst mövqelərdə olan ölkələr var”, – deyə ekspert “Kommersant”a bildirib.

“Ermənistanda avantüra tərəfdarlarının unutmaması üçün Azərbaycanın silahlı qüvvələri, o cümlədən erməni işğalından azad edilmiş ərazilərdə planlı təlimlər keçirirlər”. Bunu isə Milli Məclis üzvü Rasim Musabəyov bildirib. “Ermənistandan fərqli olaraq, biz bölgədə sərhəd postları qururuq. 20-dən çox stasionar dayaq məntəqəsi və hərbi hissə yerləşdirilib”.

Rasim Musabəyovun fikrincə, mövcud mübahisədə yeganə dəlil boğazdan yuxarı bəyanatlar və xarici havadarlara müraciət deyil, sovet xəritələri olmalıdır. Eyni zamanda, sərhədlərin delimitasiyası və demarkasiyası uzun illər çəkə bilər. Bundan əlavə, bu, Bakı ilə İrəvan arasında mövcud olmayan və yaxın gələcəkdə gözlənilməyən ölkələrin qarşılıqlı tanınmasını tələb edir. “Bu işi Rusiya ilə yalnız 2012-ci ildə başa çatdırdıq. Gürcüstanla nə Azərbaycan, nə də Ermənistan bu işi hələ başa çatdırmayıb. Ancaq faktiki olaraq sərhəd qurulmalıdır və Azərbaycan bunu həyata keçirir”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Vətən müharibəsində şəhid olan tibb işçiləri – 9 həkim, 7 feldşer, 26 sanitar
17/06/2021
DSX-nin həlak olan hərbçilərinə şəhid statusu veriləcək
17/06/2021
Ərdoğan azərbaycanlı məcburi köçkünlərə çağırış etdi
16/06/2021
“Bütün dünya bilsin ki, Azərbaycanın yanında olacağıq”
16/06/2021
Rəsmi Bakı: “Prezidentlərin Şuşaya səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil”
16/06/2021
Ərdoğan: Qarabağ sahiblərinə qovuşdu və erməni zülmündən, işğalından azad edildi
15/06/2021
Cıdır düzündən möhtəşəm görüntülər – Video
15/06/2021
Prezidentlərin çıxışlarının – Tam mətni + Yenilənib
15/06/2021
Prezidentlər Şuşada musiqili kompozisiya izlədi – Video + Fotolar
15/06/2021
Əliyev və Ərdoğan Şuşada – Video
15/06/2021
İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı – Fotolar
15/06/2021
Ərdoğan Qarabağa yollanır: Cocuq Mərcanlıya səfər, “Şuşa bəyanatı”… – VİDEO
15/06/2021
Ərdoğanla Baydenin görüşü başa çatdı – Yenilənib+Fotolar
14/06/2021
Dörd nəfərin ölümünə səbəb olan Elşad klub prezidenti imiş… – Fotolar
14/06/2021
AVRO-2020: Çexiya Şotlandiyaya qalib gəlir – YENİLƏNİR
14/06/2021