> <
Hərbi qulluqçular icbari narkoloji müayinədən keçiriləcək – Rəsmi | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4232 - dəfə oxunub

Hərbi qulluqçular icbari narkoloji müayinədən keçiriləcək – Rəsmi

Spread the love

Azərbaycanda hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq icbari narkoloji müayinədən keçiriləcəklər.
Bu, Prezident İlham Əliyevin imzaladığı “Narkoloji xidmət və nəzarət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, ”Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Sənədə əsasən, peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər, habelə müddətli həqiqi hərbi xidmətə çağırılan, həqiqi hərbi xidmətə daxil olan və həqiqi hərbi xidmət keçən şəxslər “Narkoloji xidmət və nəzarət haqqında” Qanuna uyğun olaraq icbari narkoloji müayinədən keçirilirlər.

Narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilməsi təmin edilir.

“Narkoloji xidmət və nəzarət haqqında” Qanuna uyğun olaraq, müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilirlər. Bu şəxslərin icbari narkoloji müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Partiya rəhbərləri Zəngilana getdi
24/06/2022
Yuri Şatunovun ölümündən əvvəl son görüntüsü – Video
23/06/2022
“Avtoş”luq edən əsgərin atası: “Adam öldürməyib, uşaqdır da, bir az gecikməsi olub” – FOTO
23/06/2022
“Millət vəkilləri gəlmişdi deyə “Qoç ət”də qazilərə çay verilmədi”
23/06/2022
Goranboyda baş verən təbii fəlakətlə bağlı AÇIQLAMA – YENİLƏNİB + VİDEO
23/06/2022
Səfər Mehdiyevdən saxlanılan generalın yerinə – Təyinat
22/06/2022
Öz evini bərpa etmək istəyən köçkünlərə dövlətdən ŞAD XƏBƏR
22/06/2022
Türkiyənin turizm rayonunda güclü meşə yanğınları yaşayış yerlərinə yayıldı: İnsanlar təxliyyə edilir – VİDEO
22/06/2022
The Role of your Board of Directors
22/06/2022
İlham Əliyev Özbəkistana getdi
21/06/2022
Deputatların da maaşı artırılır
21/06/2022
Nazirlər Kabinetindən karantin rejimi ilə bağlı QƏRAR
20/06/2022
DTX Gömrük Komitəsində əməliyyat keçirdi – Vəzifəli şəxslər saxlanıldı
20/06/2022
Tələbələri kütləvi şəkildə imtahandan kəsən kafedra müdiri BDU-dan qovuldu – AUDİO
20/06/2022
Rusiyalı siyasətçinin Bakıda qəfil ölümü ilə bağlı araşdırma başladı
20/06/2022