> <
Hələ də özümü tam yaxşı hiss etmirəm – Nərmin Kərimbəyova | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
42183 - dəfə oxunub

Hələ də özümü tam yaxşı hiss etmirəm – Nərmin Kərimbəyova

Spread the love

“Ümumilikdə səhhəti yaxşıdır. Qardaşımın da vəziyyəti normaldır”.
Bu sözləri müğənni Nərmin Kərimbəyova Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
Bir müddət əvvəl qardaşı Kamrana qaraciyər donoru olan sənətçi özünün və qardaşının səhhətindən danışıb.
“Həkimlər mənə dedilər ki, prinsipcə, sən artıq gedə bilərsən, xəstəxanada qalmaya bilərsən. Amma mən onlara cavab verdim ki, özümü yaxşı hiss etmirəm, hətta normal yeriyə bilmirəm. Bakıya birbaşa reys yoxdur.
Gərək İstanbula gəlim, oradan isə Bakıya uçum. Bu isə çox zamanımı alacaq. Hələ də özümü tam yaxşı hiss etmirəm. Tək gəlmək də istəmirəm. Qardaşımı klinikada tək qoyub, Bakıya necə qayıdım? Təbii ki, yox cavabını verdim. Cavabımı eşidəndən sonra həkimlər fikirlərini dəyişdilər. Dedilər ki, qal, sağalın hər ikiniz.

Hazırda həkimlərin nəzarətindəyəm. Dərmanları içməyə davam edirəm. İmmun sistemim hələ də zəifdir. Mən sağalmalıyam. Bu isə vaxt aparacaq. Bu əməliyyatdan sonra ən qısa müddətdə belə tez sağalmaq mümkün deyil”.
Əməliyyatdan sonra Kamranın səhhətinin əvvəlki günlərə nisbətdə yaxşılaşmağa doğru getdiyini açıqlayıb.

“Kamranın səhhəti yaxşıdır. Onun tam sağalması isə şübhəsiz ki, daha uzun sürəcək. Transplantasiya çox mürəkkəb bir əməliyyatdır. Hər an fəsadlar yarana bilər”.

Qeyd edək ki, Nərmin Kərimbəyova daha əvvəl redaksiyamıza açıqlamasında 42 yaşlı qardaşı Kamranın hepatit B virusuna yoluxduğunu açıqlamışdı.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Brilliant Dadaşova Prezidentin mahnısını dinləməsindən danışdı – VİDEO
13/08/2022
Nigar Camalın qızı çimərlik geyimində poza verdi – FOTO
28/07/2022
“Davulçular mənə faiz verməlidir” – Mənzurə Musayeva (VİDEO)
28/07/2022
Kıvanç Tatlıtuğ oğlunun tibb bacısına bu qədər maaş verir – ŞOK RƏQƏM
28/07/2022
“Bəzi kişilər qadını alçaltmağı “kişilik rəmzi” hesab edir” – Fatimə Fətəliyeva
26/07/2022
Dietoloqun aparıcı ilə davası böyüyür: İlkin Həsəni ilə xanımı məhkəməyə verilir
26/07/2022
Hüseyn bu iddiadan sonra fotolarını sildi
14/07/2022
Van Dammın oğlu azərbaycanlı qayınanasının görüntüsünü paylaşıb – təbrik etdi (FOTO)
14/07/2022
Alim Qasımovdan Kərimin sözlərinə reaksiya: “Sənin kimilərdən…”
05/07/2022
“TikTok-da elə tutuzdurmuşam ki…”
05/07/2022
Zaur Kamal iranlı müğənnini efirdən qovdu -VİDEO
29/06/2022
Hələ də özümü tam yaxşı hiss etmirəm – Nərmin Kərimbəyova
24/06/2022
Dilarə yataqdan görüntülərini paylaşdı: “Səhərlər də gözələm” – VİDEO
23/06/2022
Təranə Qumralın qızı ilə əri HƏMCİNSİ İLƏ intim görüntüləri yayılan şəxsi belə parodiya etdilər – VİDEO
16/06/2022
Rus modeldən inanılmaz dələduzluq – Milyarderin ad gününə qatılmaq üçün elə bir yalan danışıb ki…
14/06/2022