> <
Həkimdən maska XƏBƏRDARLIĞI: Bu dalğa əvvəlkilərdən fərqli olacaq! | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4262 - dəfə oxunub

Həkimdən maska XƏBƏRDARLIĞI: Bu dalğa əvvəlkilərdən fərqli olacaq!

Spread the love

“Koronavirusun budəfəki dalğası əvvəlkilərdən fərqli olacaq. Təbii şəkildə yoluxub-sağalmaqla və ya peyvənd olunmaqla artıq cəmiyyətimizin böyük hissəsi bu və ya digər formada virusla təmasda olub. Virusla təmasda olan şəxs növbəti dəfə virusa yoluxarsa, xəstəliyi yüngül formada keçirir. Burada təbii ki, istisnalar var, ölüm halları olur. Bu istisnalara immun sistemi çox zəif olan şəxslər, yaşlı adamlar, xroniki xəstəliyi olanlar aiddir”.

Manset.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında həkim-infeksionist Mərdan Əliyev deyib.

O bildirib ki, bəzən xroniki xəstəliyi olan şəxslər həqiqətən də çox xəstə olurlar və buna görə də COVID-19 onlara ciddi təsir edir: “Koronavirus həmin şəxslərdə bəzi xəstəlikləri oyadır, kəskinləşdirir və nəticədə ölümlə nəticələnə bilir. Növbəti yoluxma əvvəlki dövrlərdə olduğu kimi o qədər də qorxulu olmamalıdır. İnsanlar bu dəfə virusa yoluxan zaman xəstəliyi daha yüngül keçirə bilərlər”.

Həkim qeyd edib ki, yoluxmanın artması fonunda insanlar qabaqlayıcı tədbirlər görməli və qoruyucu vasitələrdən istifadə etməlidir.

“İnsanlar bu müddətdə maskadan istifadə etməlidir. Maska gigiyenik vasitədir və tənəffüs yollarını infeksiyadan qoruyur. COVID-19 tənəffüs yolları vasitəsilə yoluxur. Ona görə də maskadan istifadə etmək lazımdır. Xüsusilə də buna ehtiyac olan yerlərdə, qapalı məkanlarda insanlar maska taxsalar sağlamlıqları üçün doğru olar”, – infeksionist qeyd edib.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Məktəblilər valideynləri ilə birgə polisə çağırıldı
04/10/2022
“Bakı Metropoliteni”: “Yeni stansiyada sınaq işləri aparılır”
03/10/2022
Sabahın havası açıqlandı
28/09/2022
Azərbaycana iki çamadan “iPhone” keçirmək istəyən şəxs Gömrükdə saxlanıldı – FOTOLAR
26/09/2022
Kəndə qaz çəkib sayğacı 282 manata satırlar – Göyçaydan ŞİKAYƏT
26/09/2022
Külək Bakıda ağacı aşırıb
25/09/2022
DYP sürücülərə xəbərdarlıq etdi
24/09/2022
Sosial yardımlar bu tarixdə ödəniləcək
23/09/2022
Sabah yağışlı hava olacaq – PROQNOZ
23/09/2022
İranda instaqram və vatsap bloklandı
23/09/2022
Qusarda valideynlər övladlarını məktəbə göndərməkdən niyə imtina etdilər? – VİDEO
22/09/2022
Hərbi texnikamızın üzərinə yazılan hərflərin mənası nədir? – Foto
21/09/2022
Sabahın havası açıqlandı
20/09/2022
Əfqanıstanda PUBG oyunu qadağan olundu
20/09/2022
Sabahın havası AÇIQLANDI
19/09/2022