> <
Günel Mövlud bu fikirlərinə görə sərt tənqid olundu | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4223 - dəfə oxunub

Günel Mövlud bu fikirlərinə görə sərt tənqid olundu

Spread the love

Norveçdə yaşayan yazıçı Günel Mövlud Azərbaycan dili ilə bağlı fikirlərinə görə sosial şəbəkələrdə tənqid olunub.
G.Mövlud paylaşım edərək bildirib ki, ona uşaqlarının niyə Azərbaycan dilində danışmaması haqda suallar verirlər: “İnsan həyatda nə qədər bekar olmalı, nə qədər bədbəxt və uğursuz olmalıdır ki, onu kiminsə uşağının hansı dildə danışması narahat etsin.

Azərbaycan dilindəki cizgi filmləri, uşaq verilişləri mənim uşaqlarımın intellektinə, aldığı pasifist tərbiyəyə, yaşadığı ölkənin dəyərlərinə, pedoqoji sisteminə uyğun deyil.

Oğlumun yeddi yaşı var. Norveç, ingilis və rus dillərində sərbəst danışır, Azərbaycancanı isə öyrənir. Norveç dilini bağçada, ingilis dilini məktəbdə, rus dilini isə cizgi filmlərindən öyrənib. Bizsə evdə Azərbaycan dilində danışırıq. Azərbaycancanı başa düşür, maraqlanıb, öyrənir, amma ünsiyyət dili ruscadır.

Uşaq bütün bədii informasiyanı rusdilli cizgi filmlərindən, uşaq kontentindən alır. Rus dili ona Yer kürəsi, Kosmos, bitkilər, heyvanlar, insanlıq barədə vacib və geniş məlumat almağa kömək edib. Məntiqini, intellektini inkişaf etdirib. Uşaq bizə hansı dildə müraciət edirsə, o dildə də cavab veririk. Qoy dilləri inkişaf etsin.

Siz gedin, uşaqlarını qapazlayan, Azərbaycan dilində söyüş öyrədən, qeybətlərinə ortaq edən, uşaq vaxtından nifrətə, intriqaya kökləyən, xəbərçiliyə alışdıran, insanlara inamsızlıq və kin aşılayan valideynləri hədəf alın.

Uşağın əlinə avtomat verib, insan öldürməyi, əlinə daş verib, iti-pişiyi daşlamağı öyrədən, ancaq dağıtmaq, uçurmaq, yıxmaq, vurmaq kimi zorakılığı təlqin edən, gələcəyin alimi, sənət adamı, xoşbəxt, tam insan yerinə potensial qatil, kriminal yetişdirən adamlarla hesab çəkin”.

G.Mövludun bu fikirlərindən sonra ictimai müzakirələrdə onu dilimizi aşağılamaqda ittiham edərək sərt tənqid ediblər.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Vaksinlərin sonsuzluq yaratması iddiasına aydınlıq gətirildi
18/06/2021
Antitel analizləri üçün nə qədər ödəməliyik?
17/06/2021
Bakıdakı xəstəxanada qazinin döyülməsi iddialarına CAVAB – VİDEO
17/06/2021
Sabahdan güclü külək əsəcək – XƏBƏRDARLIQ
17/06/2021
Polislər yollarda gizli radarlar qurub? – DYP-dən rəsmi açıqlama
17/06/2021
Əliyevlə Ərdoğan Daşaltı və Şuşanı seyr edir
15/06/2021
Azərbaycanda ilk dəfə beşəm dünyaya gəldi – FOTOLAR
13/06/2021
Bazar günü Bakıda 30 dərəcə isti olacaq
12/06/2021
Dünyada koronavirusa yoluxanların sayı 176 milyonu keçdi
12/06/2021
Heydər Əliyev prospektində baş vermiş qəza tıxaca səbəb oldu – FOTO
11/06/2021
Rayonlara yağış yağacaq
11/06/2021
“Son hədd” adlı etüd Avrasiya Film Festivalında…
10/06/2021
Britaniya MN mina təhlükəsi ilə bağlı Azərbaycanda araşdırma aparıb – FOTO
10/06/2021
Kəramət Böyükçöl yenə məhkəməyə çağırıldı – Həbs oluna bilər
10/06/2021
25 qazi yüksək texnologiyalı protezlə təmin edildi
10/06/2021