> <
Göyçayda yaşadığı evin həyətində narkotik plantasiyası salan şəxs tutulub – FOTO/VİDEO | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4281 - dəfə oxunub

Göyçayda yaşadığı evin həyətində narkotik plantasiyası salan şəxs tutulub – FOTO/VİDEO

Spread the love

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Ləkiçıplaq kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin becərilməsi barədə polis şöbəsinə məlumat daxil olub. Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb və keçirilmiş tədbirlər nəticəsində orada çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan şəxsin əvvəllər də törətdiyi ağır cinayətlərə görə bir neçə dəfə məhkum olunmuş Ürfan Osmanov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və evinin həyətyanı sahəsindən xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 10 kiloqrama yaxın olan 166 ədəd çətənə kolu aşkarlanıb.

Ü.Osmanov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl becərdiyini və vaxtaşırı aqrotexniki qulluq göstərdiyini etiraf edib. Məqsədinin isə həm öz istifadəsi, həm də satmaq olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Özlərini DİN və DTX əməkdaşı kimi təqdim edənlər qadını oğurladılar
23/06/2022
Bakıda avtobus ağır qəza törətdi, yaralılar var – Foto
22/06/2022
Ucarda 45 yaşlı kişi qatarın altında qaldı
22/06/2022
Bakı-Quba yolunda DƏHŞƏT: Kabinədə asılmış kişi meyiti tapıldı
21/06/2022
Körpə binadan yıxıldı, ana özünü onun ardınca atdı
20/06/2022
Bakı-Qazax yolunda DƏHŞƏTLİ QƏZA – VİDEO
16/06/2022
Zəngilanda 2 nəfər sərhədçilərə atəş açdı – Biri saxlanıldı, digəri İrana qaçdı
16/06/2022
Göygöldə TIR-la “KamAZ” toqquşdu: Ölən var – FOTO
14/06/2022
Şamaxıdakı avtobus qəzasında yaralananların – Siyahısı
13/06/2022
Fatmayi qəbirstanlığı yandı -VİDEO
13/06/2022
Polis Tərtərdə əməliyyat keçirdi – Saxlanılan var
07/06/2022
10 tondan çox narkotik tərkibli bitki aşkarlandı – Foto
06/06/2022
Polis zabiti toyda məhkəmə katibini döydü-Yenilənib
06/06/2022
Bakıda marşrut avtobusu qəza törətdi, xəsarət alanlar var – Foto
05/06/2022
Sabirabadda yanmış “meyit”i tapılan biznesmen Bakıda sağ ələ keçdi – YENİLƏNİB – TƏFƏRRÜAT
04/06/2022