Goranboyda baş verən təbii fəlakətlə bağlı AÇIQLAMA – YENİLƏNİB + VİDEO

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Goranboy rayonunun Ağcakənd kəndindən qısamüddətli sel keçməsi və bəzi əraziləri su basması ilə bağlı açıqlama verib.
ASC-nin mətbuat katibi Dilqəm Şərifov Oxu.Az-a bildirib ki, hazırda əraziyə texnikalar cəlb olunub:
“İdarənin heyəti iş başındadır. Sel və daşqınların fəsad törətməməsi üçün səhərə kimi tədbirlər görülür. Sədr müavini də artıq əraziyə ezam olunub. Sabah gün ərzində ehtiyac olacaqsa, yaxın ərazilərdən də texnikalar cəlb olunacaq”.
İlhamə Əbülfət
19:50
Goranboyda güclü yağış bir sıra fəsadlarla nəticələnib.
Bu gün rayonun Ağcakənd qəsəbəsinə güclü sel gəlib.
Belə ki, sel suları səbəbindən qəsəbənin yolunda avtomobillərin hərəkəti çətinləşib.
Bir neçə avtomobili selin apardığı, evlərə su dolduğu və hazırda yağışlı hava şəraitinin davam etdiyi qeyd edilir.

17/08/2022

17/08/2022

16/08/2022

15/08/2022

13/08/2022

12/08/2022

12/08/2022

12/08/2022

11/08/2022

10/08/2022

09/08/2022

08/08/2022

08/08/2022

08/08/2022

08/08/2022