> <
Gömrükdəki həbslər Əbülfəz Məlikovu hərəkə gətirdi | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4256 - dəfə oxunub

Gömrükdəki həbslər Əbülfəz Məlikovu hərəkə gətirdi

Spread the love

Bu günlərdə Bakı Baş Gömrük İdarəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları əməliyyat keçirdi və bir neçə nəfər saxlanıldı. Əməliyat nəticəsində Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, "İpək Yolu" gömrük postunda inspektor işləyən Mirağa Ağayev, habelə "Global Broker" MMC-nin direktoru olmaqla "D2D Logistics" MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanov saxlanılıb. Qeyd olunanlarla bağlı 17 may 2021-ci il tarixdə KQMBİ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb. Əldə etdiyimiz məlumata görə, bu yoxlamaların bir ucu da vaxtilə adı “TransBroker” kimi  hər kəsə tanış olan hazırda Abşeron Loqistika Mərkəzində çalışan Əbülfəz Məlikova kimi gedib çıxır. Qısa olaraq xatırladaq ki, “Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikov gömrük sistemində çalışarkən bu qurumu tamamilə nəzarətinə götürmüşdü, Dövlət Kömrük Komitəsindən də böyük səlahiyyətlərə sahib idi. Onun şəbəkəsi gömrükdə özəl qaydalar tətbiq etməklə sahibkarları tələblərini yerinə yetirməyə məcbur edirdilər. Tələblərdən imtina edən sahibkar sərhəddən heç bir mal ölkəyə keçirə bilməzdi.  Qeyd edək ki, ölkə mətbuatı bu şəxsin əməlləri barədə dəfələrlə tənqidi məqalələrlə çıxış edib. 

Hələ Əbülfəzin Torqovıda erməni ilə “qastranomda”  işləməsindən, onun qızı ilə ailə qurmasından, ermənilərin ona “bizim monopoliya naziri yeznəmiz” deməsindən də xeyli məqalələr dərc olunub. Belə ki, sabiq deputat, politoloq Cümşüd Nuriyev “Moderator.az”-a açıqlamasında Ermənistanda iyun ayına təyin olunmuş növbədənkənar parlament seçkilərinə qatılacağını bəyan etmiş Rusiya Erməniləri İttifaqının rəhbəri, milyarder Ara Abramyanın şansları barədə danışarkən ifadə edib. Bildirib ki, “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun arvadı Ara Abramyanın bacısıdır. O vaxt Ara özü demişdi ki, bacısı Raisa Ovanesyan, onun qızı Rena Bakıda yaşayırlar, kürəkəni də azərbaycanlıdır. Erməni milyarder öz kürəkənindən xeyli razılıq edərək əlavə etmişdi ki, yeznəsi Bakıda nazirdir. Soruşublar ki, yeznəniz hansı sahəyə rəhbərlik edir, Ara Abramyan cavab verib ki, “monopoliya naziri”dir… (https://yenisabah.az/abramyanin-bacisi-bakida-erdedir-deyib-ki-kurekenim-nazirdir)

Yəni bu şəxs barədəəə çox yazılıb, çox tənqid səslənib. Mediada yayılan məlumatlara görə, Əbülfəz Məlikovun yenidən “dirildiyi” və gömrük əməliyyatlarında əvvəlki qədər olmasa da, müəyyən rol alması haqda iddialar var.

Daxil olan informasiyada bildirilir ki, son vaxtlara qədər şəxsi biznesini idarə etməklə baş qatan Əbülfəz Məlikov yenidən brokerlik fəaliyyətinə qayıdıb. Belə ki, bəzi mal və məhsulların, əsasən də, ərzaq və dərman preparatlarının, sement və digər tikinti materiallarının ölkəyə keçirilməsində Əbülfəz Məlikova müəyyən imkanlar tanınıb.

Əbülfəz Məlikovla bağlı mediada yer alan səs-küylü iddialardan biri də pambıq tarlalarında çoxsaylı zəhərlənmələrə səbəb olmuş saxta gübrələrin ölkəyə gətirilməsindən milyonlar qazanmasıdır. Ümumiyyətlə isə daxili bazarın kimyəvi dərmanlar və gübrə bazarına onun nəzarət etdiyi bildirilir. Eyni zamanda kifayət qədər gəlirli biznes hesab edilən dekorativ ağac və güllərin ölkəyə gətirilməsində də Əbülfəz Məlikovun böyük payçılardan olduğu iddiaları var.

Bir sözlə bir vaxtlar Azərbaycana gətirilən bir sıra ərzaq məhsullarının, avtomobil ehtiyat hissələrinin, tikinti materiallarının və təkərlərin monopoliyasını həyata keçirən “Broker” MMC, bəzi hallarda isə “Trans Broker” MMC kimi adlanan şirkət əvvəlki ölçüdə olmasa da yenə həmin işlərin bir qisminə nəzarəti əlinə keçirə bilib. Ona görə də Bakı Baş Gömrük İdarəsində bu günlərdə həyata keçirilmiş əməliyyatın bir ucunun Əbülfəz Məlikova kimi gedib çıxdığı qeyd olunur. Hətta bilrilir ki, sonuncu əməliyyat Əbülfəz Məlikovu tədbirli davranmağa, bəzi işlərini yoluna qoymağa vadar edib. Araşdırmaların nəticəsinin necə olacağını, bu zaman kimlərin adı hallanacağını gözəl bilən Məlikov ehtiyat tədbirlərinə əl atdığı deyilir.

Kivnews.com

 

 

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Seçki günü İrəvan küçələrində Koçaryan üçün xoşagəlməz sürpriz – FOTO
20/06/2021
İlham Əliyev İranın yeni prezidentini təbrik etdi
19/06/2021
Şuşada 20 raket, 7 mindən çox patron tapıldı
19/06/2021
66 yaşlı kişi ilə 48 yaşlı qadın aylardır itkin düşüb – Foto
19/06/2021
“Sosial media saxta xəbərləri böyüdür” – Hikmət Hacıyev
18/06/2021
Aslan İsmayılov: “Əbülfəz Elçibəyə Etibar Məmmədov kimilərinin dil uzatması həyasızlıqdır”
18/06/2021
Prezidentlə xanımı Bakıda hotel açılışında – Fotolar + Video
18/06/2021
Nazilə Səfərli polisə çağırıldı
18/06/2021
Paşinyan yenə hiddətləndi – Xalq ondan üz döndərib
18/06/2021
Azərbaycanda Türkiyə hərbi bazası yaradılır? – Lavrovdan reaksiya
18/06/2021
Əhməd Əhmədova hökm oxundu – 11 il cəza
18/06/2021
Van Dammın azərbaycanlı qudası polkovnik imiş
18/06/2021
Emin Əmrullayev tələbələrə veriləcək kreditlərdən DANIŞDI
18/06/2021
Kəlbəcərdə göldə boğulan kapitanın axtarışları davam edir
18/06/2021
Nura Surinin oğlu qəzaya düşdü – Fotolar + Video
18/06/2021