> <
Gitanas Nauseda: “Azərbaycan qlobal ticarətdə ən mühüm rollardan birini oynayır və oynayacaq” | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4238 - dəfə oxunub

Gitanas Nauseda: “Azərbaycan qlobal ticarətdə ən mühüm rollardan birini oynayır və oynayacaq”

Spread the love

Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən Azərbaycan qlobal ticarətdə ən mühüm rollardan birini oynayır və oynayacaqdır.
Bunu Litva Prezidenti Gitanas Nauseda Azərbaycan-Litva biznes forumunda deyib.
Litvanın dövlət başçısı vurğulayıb:

“Mən ölkələrimiz arasında biznes əlaqələrini daha da möhkəmləndirmək üçün Azərbaycanın işgüzar dairələrini bu ilin ikinci yarısında Litvaya səfərə dəvət edirəm. İqtisadi əməkdaşlıq üçün istifadə olunmamış geniş imkanlarımız var. Görürəm ki, Azərbaycanın qlobal iqtisadiyyatda oynadığı rolu daha da artacaq və əslində, ölkə artıq çoxsaylı nailiyyətlərə imza atıb. Ukraynadakı müharibə qlobal ticarəti yenidən nizamlayır. Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən Azərbaycan qlobal ticarətdə ən mühüm rollardan birini oynayır və oynayacaqdır. Yaşıl iqtisadiyyat və innovasiyalarla bağlı məqsədlər sizin gələcək iqtisadi perspektivlərinizi və gücünüzü şərtləndirən əsas meyarlardır.

Mənim ölkəmin – Litvanın çox saylı təklifləri var. Litvada geniş maliyyə və vergi imtiyazlarına malik yeddi azad iqtisadi zona var. Rəqəmsal infrastrukturumuz sürətlidir və münasib tariflərə əsaslanır. O, Avropa İttifaqında ən yaxşılar sırasındadır. Lazımi şəkildə inkişaf etmiş şose və dəmir yolu xətləri, hava və dəniz nəqliyyatı ölkəmin digər üstünlüklərini təşkil edir”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Laçın istiqamətində mövqelərimiz atəşə tutuldu
24/06/2022
“YAŞAT” Fonduna daxil olan vəsaitdən nə qədəri xərclənib?
24/06/2022
Bu gün Elçibəyin doğum günüdür
24/06/2022
Gözəllik salonuna gedən qadın yeddi yaşlı qızı ilə birlikdə YOXA ÇIXDI
24/06/2022
Prezident tapşırıq verdi, Türkiyəyə amfibiya təyyarəsi göndərilir
23/06/2022
İlham Əliyevin marağına səbəb olan papaq – Video
23/06/2022
Türkiyə ordusu İraqda şəhid verdi
22/06/2022
General Babayevin saxlanıldığı iddiası…
21/06/2022
Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutuldu
21/06/2022
Bakıda polis ehtiyatsızlıqdan özünü güllələdi
20/06/2022
Azərbaycan Müdafiə Nazirliyi partlayışlarla bağlı məlumat yaydı
20/06/2022
Şəmkirdə ölən iş adamı ilə bağlı iddialara – DİN-dən cavab
18/06/2022
Süleymanini buna görə öldürdük – Pompeodan ŞOK AÇIQLAMA
18/06/2022
Ombudsmandan mina partlayışı ilə bağlı bəyanat
17/06/2022
Deputat AZAL-a Milli Məclisdən cavab verdi
17/06/2022